Lavrov və Əraqçi telefonla danışdı

Lavrov və Əraqçi telefonla danışdı
25.08.2025 18:00

Rusiya xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, Əraqçi Lavrovu Böyük Britaniya, Almaniya və Fransa XİN rəhbərləri ilə apardığı telefon danışıqlarının nəticələri barədə ətraflı məlumatlandırıb. Danışıqların əsas mövzusu İranın nüvə proqramının ətrafında yaranmış vəziyyətin diplomatik yolla həlli olub.

Rusiya tərəfi öz növbəsində, regionda gərginliyin azaldılması və Birgə Hərtərəfli Fəaliyyət Planının (SİPA) qorunub saxlanılması istiqamətində səylərə bundan sonra da töhfə verməyə hazır olduğunu təsdiqləyib.

Tərəflər həmçinin ikitərəfli gündəlikdəki prioritet məsələlərə toxunublar. Buraya 2025-ci il yanvarın 17-də prezidentlər tərəfindən imzalanmış Rusiya-İran hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin həyata keçirilməsi də daxildir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 Bütün Xəbərlər