Zelenski Makronu belə mükafatlandırdı

Zelenski Makronu belə mükafatlandırdı
13.07.2026 20:24

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu ölkənin ən yüksək dövlət mükafatlarından biri olan “Azadlıq” ordeni ilə təltif edib.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edərək bildirib ki, Makronla keçirilən görüşdə Antiballistik Koalisiyanın və “İstəklilər Koalisiyası”nın qarşıdakı iclasları öncəsi prioritetlər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Ukrayna liderinin sözlərinə görə, Fransa ilə münasibətlər strateji səviyyəyə yüksəlib və bunda Prezident Emmanuel Makronun şəxsi səyləri mühüm rol oynayıb. Zelenski göstərdiyi davamlı dəstəyə görə Makrona təşəkkür edib və onu “Ukraynanın əsl dostu” adlandıraraq “Azadlıq” ordeni ilə təltif etdiyini bildirib.

Tərəflər həmçinin cəbhədəki son vəziyyəti, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və Avropa antiballistik müdafiə sisteminin sürətləndirilməsi məsələlərini müzakirə ediblər.

Zelenski vurğulayıb ki, Fransanın malik olduğu texnologiyalar və imkanlar Ukraynanın müdafiəsinin gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyır və bu istiqamətdə müttəfiqlərlə birgə iş davam etdiriləcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 IYUL 2026
Tramp: “ABŞ bu gecə İrana güclü zərbə endirəcək” 00:47 Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi 00:40 Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür 00:13 Ukrayna Donetskdə Rusiyanın sursat anbarını vurdu - VİDEO 23:46 ABŞ İranın cənubuna zərbələr endirir - VİDEO 23:41 İran ABŞ müşayiətində olan gəmilərə zərbə endirdi 23:37 ABŞ İrana zərbələr endirir - TƏCİLİ 23:27 Tramp Amerika xalqına müraciət edəcək 23:17 Səudiyyə Ərəbistanındakı hava limanı hədəfə alındı - VİDEO 23:04 Ukrayna Putindən əvvəl cavab verdi - Moskva vuruldu - VİDEO 22:51 Argentina DÇ-2026-dan uzaqlaşdırıla bilər 22:44 Fransa Ukraynaya yeni qırıcılar verəcək - SİYAHI 22:34 İranlı rəsmi: “Hörmüzdə qaydaları biz müəyyən edirik” 22:20 İran Hörmüzdə “parkomat” quraşdırır 22:14 Dünya ticarətinin “şah damarı”na təhlükə - Husilər hərəkətə keçir 22:06 Macarıstan Prezidentinin taleyi parlamentdə həll olundu 22:00 Sahibə Qafarova Afrikanın əsas parlament rəhbəri ilə nəyi müzakirə etdi? - DETALLAR 21:47 Slovakiya Prezidenti Bakıdadır 21:42 Səudiyyə Ərəbistanı husilərin nəzarətindəki əraziləri vurdu - VİDEO 21:32 Ərdoğan və Tramp sülh üçün birlikdə hərəkət edəcək 21:27 SON DƏQİQƏ: Ukraynanın Baş naziri istefa ərizəsi verdi 21:10 Kəlbəcərdə itkin düşən uşağın çaya necə düşdüyü məlum oldu 20:45 TƏCİLİ - Ənsərullah hərəkatı Səudiyyə Ərəbistanına ZƏRBƏLƏR ENDİRİR 20:58 Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı 20:40 İran Rusiya ilə “yeni səhifə açır” 20:35 Bütün Xəbərlər