Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı

Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı
13.07.2026 20:50

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

​Bildirilib ki, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Görüşdə Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.

Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsini ziyarət edib, akademiyanın tədris-maddi bazası və laboratoriyaları ilə tanış olublar.

FOTOLAR

Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 1
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 2
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 3
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 4
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 5
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 6
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 7
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 8
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 9
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 10
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 11
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 12
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 13
Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı — 14
XƏBƏR LENTİ
14 IYUL 2026
İranın Konarak şəhəri yaxınlığına raketlər atılır 01:23 ABŞ İsfahana və Kiş adasına zərbələr endirir 01:19 İran ABŞ hədəflərinə zərbə endirir - TƏCİLİ 01:06 Tramp: “İran rejiminin təxminən 25 faizini məhv etdik” 00:59 Tramp İran rəhbərliyini “dəli” adlandırdı 00:54 Tramp: “ABŞ bu gecə İrana güclü zərbə endirəcək” 00:47 Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi 00:40 Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür 00:13 Ukrayna Donetskdə Rusiyanın sursat anbarını vurdu - VİDEO 23:46 ABŞ İranın cənubuna zərbələr endirir - VİDEO 23:41 İran ABŞ müşayiətində olan gəmilərə zərbə endirdi 23:37 ABŞ İrana zərbələr endirir - TƏCİLİ 23:27 Tramp Amerika xalqına müraciət edəcək 23:17 Səudiyyə Ərəbistanındakı hava limanı hədəfə alındı - VİDEO 23:04 Ukrayna Putindən əvvəl cavab verdi - Moskva vuruldu - VİDEO 22:51 Argentina DÇ-2026-dan uzaqlaşdırıla bilər 22:44 Fransa Ukraynaya yeni qırıcılar verəcək - SİYAHI 22:34 İranlı rəsmi: “Hörmüzdə qaydaları biz müəyyən edirik” 22:20 İran Hörmüzdə “parkomat” quraşdırır 22:14 Dünya ticarətinin “şah damarı”na təhlükə - Husilər hərəkətə keçir 22:06 Macarıstan Prezidentinin taleyi parlamentdə həll olundu 22:00 Sahibə Qafarova Afrikanın əsas parlament rəhbəri ilə nəyi müzakirə etdi? - DETALLAR 21:47 Slovakiya Prezidenti Bakıdadır 21:42 Səudiyyə Ərəbistanı husilərin nəzarətindəki əraziləri vurdu - VİDEO 21:32 Ərdoğan və Tramp sülh üçün birlikdə hərəkət edəcək 21:27 Bütün Xəbərlər