Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB

Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB
28.06.2026 13:23 Dünya

ABŞ İsrailin Livana hücumlarını dayandırmağa və atəşkəsi təmin etməyə borcludur.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

"Anlaşma memorandumunun birinci bəndinə əsasən, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibə tamamilə dayandırılmalıdır", - o xatırladıb.

Əraqçi İsralin Livana hücumlarının davam etdiyini təəssüflə qabardıb: "Bununla belə, memorandumda qəbul edilmiş öhdəliklərə əsasən, bu təcavüzlərin dayandırılması, atəşkəsin bərqərar olması və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması üçün birbaşa məsuliyyət ABŞ hökumətinin üzərinə düşür".

Bundan başqa, o, F. Hüseynin Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurasının üzvləri, İran və İraq arasında səkkiztərəfli danışıqların keçirilməsi təklifini alqışlayıb və bu məsələdə Bağdadla əməkdaşlığa hazır olduqlarını bəyan edib.

xxx

İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq.

TodayPress TV  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqdan sonra iraqlı qardaşlarla, o cümlədən respublika Prezidenti, Baş nazir və xarici işlər naziri ilə görüşlər keçirəcəyik", - o bildirib.

Qeyd edək ki, İran ilə İraq XİN rəhbərləri Abbas Əraqçi və Fuad Hüseyn görüşüb. Müzakirə mövzuları hələ açıqlanmayıb.

TodayPress TV 

XƏBƏR LENTİ
13 AVQUST 2026
İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Rusiyada neft emalı zavoduna PUA hücumu: Partlayış və yanğın baş verdi - VİDEO 08:51 Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq” 08:43 Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər 08:28 Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi 09:09 Qaz təchizatı dayandırılır: Bu ərazilərdə yaşayanlara xəbərdarlıq 08:18 Bütün Xəbərlər