Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi

Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi
19.06.2026 20:55

Türkiyədə İYİ Partiyanın Mersin millət vəkili Burhanettin Kocamaz telefonla özünü polis kimi təqdim edən fırıldaqçıların qurbanı olub. 

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində ona məxsus böyük məbləğdə pul və qiymətli əşyalar ələ keçirilib.

Məlumata görə, 14 iyunda Kocamaz ilə əlaqə saxlayan şəxs özünü “Mersin Terrorla Mübarizə Şöbəsinin (TEM) müdiri” kimi təqdim edib. Saxta polis millət vəkilinə FETÖ-yə qarşı aparılan əməliyyat zamanı onun kimlik məlumatlarının ələ keçirildiyini, istintaqa yardım üçün isə pul və qızılların yoxlanılmaq məqsədilə təhvil verilməli olduğunu deyib.

Aldadılan Kocamaz 16 iyunda göstərilən bank hesabına 2 milyon 375 min lirə köçürüb. Daha sonra təxminən 10 kiloqram qızıl və ziynət əşyası, 68 min dollar və 1900 avronu Ankara – Başkənt Universiteti yaxınlığında əlbəəl təhvil verib.

Sonradan vəziyyətdən şübhələnən millət vəkili Ankara Polis İdarəsinə müraciət edib. Araşdırma nəticəsində şübhəli İstanbulda taksidə qızıl və pullarla birlikdə saxlanılıb.

Kocamaz ifadəsində bildirib ki, onu inandırmaq üçün “əməliyyat”, “laboratoriya yoxlaması” və “FETÖ bağlantısı” kimi saxta iddialardan istifadə olunub.

Xanım Musayeva

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Все новости