Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi?

Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi?
10.07.2026 19:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun 36-cı Zirvə Toplantısında iştirak edən liderlərə təqdim etdiyi hədiyyə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, dövlət başçılarına üzərində adları həkk olunmuş xüsusi istehsal tapançalar və bir qutu patron hədiyyə edilib.

Amma maraqlıdır ki, hədiyyəni alan bir sıra ölkələrin liderləri onları ölkələrinə aparmaqda çətinlik çəkiblər. İddialara görə, tapançaların qiyməti Aİ-də rəsmi hədiyyələrin dəyəri üçün müəyyən edilmiş limiti aşıb. Ona görə də liderlər onları ölkələrinə aparmaqda çətinlik çəkiblər və yaxud aparsalar belə özlərində saxlaya bilməyəcəklər.

Başqa bir tərəfdən, sammitə gələn liderlərdən yalnız ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Ərdoğan tərəfindən qarşılanıb. Digər ölkə liderlərinin pişvazına isə başqa vəzifə sahiləri çıxıblar. Məsələn, Niderlandın Baş naziri Rob Jetteni hava limanında Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş qarşılayıb. Hansı ki, 2017-ci ilin martın 11-də o zaman Ailə və Sosial Xidmətlər naziri olan Fatma Betül Sayan Kaya örpəkli olduuna görə Niderlandın Rotterdam şəhərindəki türk Baş konsulluğuna buraxılmamışdı.

Sammit çərçivəsində verilən hədiyyə və atılan bu addımlar hansı mesajı verir?

TodayPress TV xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bu məsələnin əslində çox şişirdildiyini bildirib:

“Hesab edirəm ki, hədiyyə məsələsində heç bir problem yoxdur. Bu qanunla tənzimlənən məsələdir. Verilən tapança hədiyyəsindən necə istifadə etməklə bağlı hər bir ölkədə qanunauyğun yollar var. Xidmətdə olan məmurların hədiyyələri bu və ya digər şəkildə xüsusi fonda təhvil verilir və orada saxlanılır. Ya da verilən hədiyyəni kimsə yadigar olaraq özündə saxlamaq istəyirsə, ümumi məbləğin bir hissəsini büdcəyə ödəməli və ondan sonra saxlamalıdır. Bu təkcə silaha yox, digər hədiyyələrə də aiddir.

Müsahibimizin sözlərinə görə, diplomatik hədiyyələr əslində bu və ya digər şəkildə qəbul olunan ölkənin təbliğatı ilə bağlıdır:

“Norveçdə olanda mənə yundan düyməsi bağlanan ənənəvi kofta vermişdilər. Estoniyada isə Prezident adından səfirlərə milli üslubda yundan əlcək hədiyyə etmişdilər. Bu bir ənənədir”.

Gələn qonaqların Ankarada müxtəlif vəzifəlilər tərəfindən qarşılama mərasiminə toxunan həmsöhbətimiz bunun diplomatik bir mesaj, xarici siyasətin icrasının bir növü olduğunu dedi:

“Bu və ya digər nazirin rəsmi səfəri zamanı ona aid diplomatik immunitet deyilən qaydalar tətbiq olunur. Sammitə gələn qonaqların Türkiyədə qarşılanmasına gəldikdə, xüsusi, bəlkə də şəxsi münasibəti qeyd etmək üçün qonaqları dövlət başçısı bu və ya digər hallarda özü də qəbul edə bilər. Bunlar xarici siyasətə aid tətbiq olunan ənənəvi formalardır. Bunun da nəticəsində Ankarada qarşılama mərasiminin bir çox hallarda gündəm olduğunu gördük. Əslində məqsəd bundan ibarət olub”.

ЛЕНТА НОВОСТЕЙ
10 июля 2026
4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO 21:22 Bu ölkə millisi dünya çempionu olacaq 21:15 44 yaşlı kişi faciəvi şəkildə öldü 21:11 İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi 20:58 İran danışıq iddialarını təkzib etdi 20:54 Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Qarabağın keçmiş rəhbərləri özlərini təqsirli bilmədi - Məhkəmədə nə baş verdi? 19:50 ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İranla atəşkəs tamamilə bitdi” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 «Преподаватель сказал забрать жалобу, обещал помочь, а потом...» – Студента UNEC не допустили к экзамену 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 Все новости