4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO

4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu  - VİDEO
10.07.2026 21:35

İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Aviasiya Dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidməti, həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, iyulun 6-da Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfər batıb. Operativ tədbirlər nəticəsində 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib. Axtarışlar zamanı 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının tapılması istiqamətində axtarışlar davam etdirilir.


XƏBƏR LENTİ
10 IYUL 2026
Şahbaz Şərifdən Pezeşkiana TƏCİLİ zəng - Nə müzakirə edildi? 22:24 ABŞ-dən Rusiyanı sarsıdacaq qanun layihəsi gəlir 22:03 Zelenski Putinin çevrəsindən danışdı: “Onlar da sülh istəyir” 21:47 Ərdoğan Hakan Fidanı Ukraynaya göndərir 21:41 4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO 21:22 Bu ölkə millisi dünya çempionu olacaq 21:15 44 yaşlı kişi faciəvi şəkildə öldü 21:11 İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi 20:58 İran danışıq iddialarını təkzib etdi 20:54 Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Qarabağın keçmiş rəhbərləri özlərini təqsirli bilmədi - Məhkəmədə nə baş verdi? 19:50 ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İranla atəşkəs tamamilə bitdi” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 Bütün Xəbərlər