Bəqai: "ABŞ ilə razılaşmaya yaxın deyilik"

Bəqai: "ABŞ ilə razılaşmaya yaxın deyilik"
22.05.2026 22:18

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Tehran və Vaşinqton arasında münaqişənin dayandırılması ilə bağlı yekun razılaşmanın yaxın olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, İranın “Tasnim” agentliyi onun sözlərini sitat gətirib.

Bəqai qeyd edib ki, hazırkı mərhələdə razılaşmanın əldə olunmasına yaxınlaşıldığını əminliklə demək mümkün deyil. Onun sözlərinə görə, danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

Diplomat Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfərinə də münasibət bildirib. O vurğulayıb ki, son vaxtlar xarici nümayəndə heyətlərinin artan səfərləri diplomatik prosesin davamı kimi qiymətləndirilir.

Bəqai həmçinin təsdiqləyib ki, Qətər nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə məsləhətləşmələr aparır. Bununla belə, ABŞ ilə danışıqlarda əsas vasitəçi tərəfin hələ də Pakistan olduğunu bildirib.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Все новости