İsrail rekord məbləğdə silah ixrac etdi

İsrail rekord məbləğdə silah ixrac etdi
06.06.2025 13:40

İsrail 2024-cü ildə 14,79 milyard dollar dəyərində silah ixrac edərək rekord göstəriciyə imza atıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Defence News" İsrail Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu rəqəm 2023-cü illə müqayisədə 13 faiz artım deməkdir. Əsas alıcılar isə Avropa ölkələri olub. Onların payı əvvəlki 35 faizdən 54 faizə yüksəlib. İxracın 48 faizini raketlər, raket sistemləri və hava hücumundan müdafiə vasitələri təşkil edib. 2023-cü ildə bu göstərici 36 faiz idi.

Bundan əlavə, İsrailin üç aparıcı müdafiə şirkəti 2024-cü ildə rekord sifarişlər aldığını bildirib.

Şirkətlərin sifariş portfeli müvafiq olaraq 25 milyard, 22,6 milyard və 17,7 milyard dollar təşkil edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bütün Xəbərlər