Avropa Parlamentinin sənədi qalmaqal yaratdı: Gürcüstan sərt cavab verdi

Avropa Parlamentinin sənədi qalmaqal yaratdı: Gürcüstan sərt cavab verdi
05.05.2026 22:47

“Avropa Parlamentində Gürcüstanla bağlı qəbul olunan sənəd reallıqdan tamamilə uzaqdır. Sənəd faktların qəsdən təhrif edilməsi, absurd ittihamlar və məlumatların manipulyasiyası yolu ilə dezinformasiya tirajlayır”.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqı institutlarının Gürcüstan dövlətinə qarşı məqsədyönlü hücumlar üçün istifadə edilməsi narahatlıq doğurur.

"Hesabat Gürcüstan cəmiyyətində qütbləşmənin gücləndirilməsinə, demokratik yolla seçilmiş hakimiyyəti xalqdan ayırmağa, həmçinin antidemokratik proseslərin və radikal əhval-ruhiyyənin təşviqinə növbəti cəhddir. Gürcüstan cəmiyyətinin ünvanına şantaj və təhdidlər qəbuledilməzdir. Bu, ölkənin daxili işlərinə qarışmaqdır və istənilən suveren dövlətin əsaslanmış narahatlığına səbəb olur", - bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, Avropa İttifaqı institutlarının ədalətsiz yanaşması Gürcüstanla Aİ arasında münasibətləri sarsıdır və ümumi maraqlara zərər vurur.

Qeyd edək ki, bu gün Avropa Parlamentinin Xarici əlaqələr üzrə komitəsi Gürcüstanla bağlı hesabata səs verib. Sənəd Avropa Komissiyasının 2025-ci ildə qəbul etdiyi hesabatın əsasında hazırlanıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Новое сотрудничество между Азербайджаном и Ираном 17:27 Европа «плавится» — жизнь парализована 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Обманул пенсионеров и присвоил их деньги 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Можно ли сравнить Нуру-пашу и Оздемироглу Османа-пашу? — ДЕТАЛИ 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 На «Торговой» горит объект 11:51 Эти две страны присоединятся к ЕС 15:08 Все новости