16 yaşa qədər uşaqlara sosial media qadağası

16 yaşa qədər uşaqlara  sosial media qadağası
20.02.2026 17:57

16 yaşdan aşağı şəxslərin sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsinə düzəlişlər təqdim edilib. 

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, bunu Litva parlamentinin üzvü Daiva Ulbinayte təklif edib.

Deputat bildirib ki, “Uşaq təhlükəsizliyi ilə sosial media uyğun anlayışlar deyil. Məsələ yalnız artan asılılıqla bağlı deyil, həm də uşaqların sağlamlığına, inkişafına, psixikasına və hətta həyatına yönəlmiş real təhdidlərlə bağlıdır.

Tütün, alkoqol və qumar kimi təhlükəli fəaliyyətlərə yaş məhdudiyyəti tətbiq olunduğu kimi, rəqəmsal məkanda da insanın rəqəmsal yetkin hesab edildiyi və öz hərəkətlərinə görə məsuliyyət daşıya bildiyi yaş həddi aydın müəyyən edilməlidir”.

Düzəlişlərdə qeyd olunur ki, yetkinlik yaşına çatmayanların 97 faizi hər gün internetdən istifadə edir, 13–17 yaşlı uşaqların isə demək olar ki, yarısı telefonlarını daimi olaraq yoxlayır. Parlament nümayəndələri vurğulayıblar ki, “hər dörd uşaqdan biri artıq smartfon asılılığı ilə üzləşib”. Məktəblilərin təxminən yarısı sosial mediadan istifadəni problemli hesab edir.

Deputat əlavə edib ki, “Sosial mediada, xüsusilə ‘TikTok’ platformasında yayılan təhlükəli çağırışlar bəzi hallarda özünə zərər vurma və hətta ölüm halları ilə nəticələnib”.

Təklif olunan sənədə əsasən, sosial media platformaları istifadəçilər üçün effektiv yaş yoxlama mexanizmləri tətbiq etməlidirlər. Qaydaların ilk pozuntusuna görə 500–1500 avro, təkrar pozuntuya görə isə 1500–4000 avro məbləğində cərimə nəzərdə tutulur.

Oxşar məhdudiyyətlər 2025-ci ilin sonundan etibarən Avstraliyada qüvvəyə minib. Eyni istiqamətdə təşəbbüslər Fransa, Böyük Britaniya, Finlandiya, Almaniya və digər ölkələrdə də müzakirə olunur.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Солнечное затмение приведет к катастрофам в Испании — ПРОГНОЗ 15:49 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 США продали захваченные российские суда в Дубае 15:44 Ученые предложили: сократить население мира с 8 миллиардов до 4 миллиардов — ЗАЯВЛЕНИЕ 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Удар дрона по автомобилю в Ливане: есть раненые 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Все новости