UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçı bitdi - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" oyunu bitib.
TodayPress TV xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda “Sabah” 2:0 hesabı ilə rəqibini məğlub edərək 3-cü təsnifat mərhələsinə yüksəlib.
20:32
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" oyununda növbəti qol vurulub.
TodayPress TV xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda “Sabah” ikinci qolu vurub - 2:0.
20:16
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda “Sabah” hesabı açıb - 1:0.
19:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.
TodayPress TV xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.