Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL

Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL
28.07.2026 21:34 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini deyən T. Çaffo qeyd edib ki, Azərbaycan parlamentinin spikerinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək.

S. Qafarova da, öz növbəsində, bildirib ki, bu səfər Azərbaycanın qarşılıqlı münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir.

Görüşdə Efiopiya Prezidenti Taye Atske Sellasiye və baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlər xatırladılıb. Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2026-cı ilin yanvar ayında Efiopiyaya səfərinin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında turizm, biznes, qarşılıqlı investisiya qoyuluşu, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Bu əməkdaşlığın uğurlu göstəricisi kimi, "ASAN xidmət" modelinin Efiopiyada da tətbiq olunması, bu modelin Efiopiyada Azərbaycanın izi kimi qiymətləndirildiyi bildirilib.

Görüşdə parlamentlərarası münasibətlərin daha da inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Taqasse Çaffonu Azərbaycana rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Vurğulanıb ki, iki ölkə parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.

T. Çaffo hazırda ölkəsinin qanunvericilik orqanında islahatlar həyata keçirildiyini və Azərbaycanın bu sahədəki təcrübəsinin onlar üçün maraqlı olduğunu bildirib.

FOTOLAR

Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 1
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 2
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 3
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 4
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 5
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 6
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 7
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 8
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 9
Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL — 10
XƏBƏR LENTİ
28 IYUL 2026
ABŞ “polad divar” qurur: 20-dən çox hərbi gəmi səfərbər edildi 22:48 Vahid Əhmədov haqda xəbər yayıldı: Səhhətində problem yarandı 22:35 Türkiyə qonşusundan milyonluq təklif aldı 22:26 Kiyevdən Tehrana təcili zəng: Nələr müzakirə edildi? 22:12 Sürücülərin DİQQƏTİNƏ! Bu yolda körpü sökülür 22:02 Bakıya gələn erməni məşqçi elə sözlər dedi ki… 21:50 Küləkli havada dənizdə üzən 2 nəfər batdı - Biri xilas edildi, digəri isə… 21:42 Efiopiya Azərbaycandan nə öyrənmək istəyir? Mühüm görüşdən DETAL 21:34 700 bal toplayan yeganə abituriyent o oldu - FOTO 21:21 Avropa Gimnastikasından Rusiya ilə bağlı gözlənilməz qərar 21:14 Tramp ABŞ kəşfiyyatında “təmizliyə” başladı 20:59 UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçı bitdi - YENİLƏNDİ 19:05 Tramp İranın iki düşmənini eyni gündə qəbul etdi: Körfəzdə dalğalı anlar 20:39 İsrailin qələbə görüntüsünün altında nə yatır? Sabiq rəsmidən sensasion açıqlama 20:08 Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir! 19:50 Zelenski getdi, Netanyahu gəldi 19:57 Tramp Zelenskiyə nə vəd etdi? - Görüşdən ilk detallar və görüntülər 19:38 İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı 19:42 Odessa sahillərində gəmi yanır - VİDEO 19:32 Aİ-dən Rusiyaya daha bir “paket” gəlir 19:27 Zelenski Ağ Evdən ayrıldı - YENİLƏNDİ 18:18 Erməni separatçıların məhkəməsində gərgin iclas - Prokuror nə istədi? 19:14 Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 Bütün Xəbərlər