Türkiyənin cənnəti Tekirdağ

Türkiyənin cənnəti Tekirdağ
14.08.2025 15:07 Turizm

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir. Son illər dünyanın istənilən nöqtəsindən turistlər Türkiyəyə üz tutur. Əgər 2015-ci ildə Ümumdünya Turizm Təşkilatının siyahısında Türkiyə turist sayına görə ilk 50 ölkə arasında idisə, bu gün artıq dünyanın ilk beşliyi sırasına yüksəlib. Bu uğurda müasir turizm obyektləri, xidmət sahəsi, qonaqpərvər insanlar və əlbəttə, ölkənin zəngin təbiəti mühüm rol oynayır.

TodayPress TV xəbər verir ki, Türkiyənin hər bölgəsi turizm üçün əlverişli olsa da, bu yazımızda “Türkiyənin cənnəti” adlandırılan Tekirdağ haqqında danışacağıq.

İstanbuldan cəmi 140 km məsafədə yerləşən Tekirdağ zəngin tarixi və təbiəti ilə turistləri valeh edir. Mərmərə dənizi sahilində yerləşən bu qədim Trakya şəhəri dağ və dəniz mənzərələri ilə xüsusi gözəlliyə sahibdir. Sahilboyu çimərliklər, parklar, çay bağları və yaşıl məkanlarla zəngin Tekirdağ həm də XVIII əsrə aid taxta evləri ilə diqqət çəkir.

Tekirdağ Arxeologiya və Etnoqrafiya Muzeyi – Osmanlı memarlığını əks etdirən keçmiş qubernator köşkündə yerləşir. Muzeydə 25 mindən çox arxeoloji və etnoqrafik əsər sərgilənir. Burada eramızdan əvvəl IV əsrə aid nümunələr, Bizans və Osmanlı dövrünə məxsus əşyalar, geyimlər və əl işləri nümayiş olunur.

Rakoçzi Muzeyi – Türk-Macar dostluğunu simvolizə edən bu muzeydə 1700-cü illərdə Tekirdağda yaşamış Macarıstan şahzadəsi II Ferenc Rakoçzinin şəxsi əşyaları, sənədləri, məktubları və portretləri qorunur.

Rüstəm Paşa Məscidi – Memar Sinanın şah əsərlərindən biri olan məscid XVI əsrdə inşa edilib. Bir vaxtlar mədrəsə və digər tikililərlə birlikdə böyük kompleks təşkil edirdi.

Süleymaniyyə Məscidi (Çorlu) – XIV əsrdə Qanuni Sultan Süleymanın əmri ilə tikilmiş bu məscid Osmanlı memarlığının incəliklərini özündə əks etdirir.

Namık Kamal Evi – Məşhur şair, publisist və islahatçı Namık Kamalın xatirəsinə həsr olunmuş muzeydə Tekirdağın tarixinə aid fotoşəkillər və eksponatlar sərgilənir.

Hora Mayak (Şarköy) – 1860-cı ildə fransız mühəndislər tərəfindən inşa edilmiş mayak bu gün də Mərmərə dənizində gəmilərə yol göstərir.

Çorlu Qalası – Bizans dövrünə aid qala sonralar Osmanlılar tərəfindən də istifadə edilib. Ulaş Körpüsü və Kırkgöz Körpüsü – Osmanlı və Roma dövrlərindən qalan tarixi körpülərdir. Thzolus Antik Şəhəri – Tarixi eramızdan əvvəl 1000-ci ilə gedib çıxan bu qədim şəhər Roma, Bizans və Osmanlı hakimiyyətlərini görüb.

Tarixi Çorlu Evi – İki əsrlik tarixi olan taxta ev bu gün muzey kimi fəaliyyət göstərir. Melen Monastırı – VI əsrə aid bu qədim dini mərkəz vaxtilə şərab istehsalı ilə məşhur olub.

St. John Theologos Monastırı (Şarköy) – XIX əsrdə inşa edilmiş bu monastır müəyyən günlərdə dini ayinlərə ev sahibliyi edir.

Tekirdağ həm qədim tarixi, həm də gözəl təbiəti ilə Türkiyənin ən cazibədar bölgələrindən biridir. Bu şəhərə səyahət etsəniz, qədim sivilizasiyaların izləri ilə tanış olacaq, Osmanlı memarlığının gözəlliyini görəcək və unudulmaz bir tarixi-mədəni yolçuluq edəcəksiniz.

FOTOLAR

Türkiyənin cənnəti Tekirdağ — 1
Türkiyənin cənnəti Tekirdağ — 2
Türkiyənin cənnəti Tekirdağ — 3
Türkiyənin cənnəti Tekirdağ — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər