Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı!

Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı!
17.08.2026 12:25

Turinin “Yuventus” klubu İngiltərənin “Tottenhem” komandasında çıxış edən qapıçı Qulyelmo Vikarionun keçidini rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İtaliya millisinin qapıçısı “Yuventus”a icarə əsasında keçib. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması ilə bağlı məcburi olmayan satınalma opsiyası da yer alır.

Vikario bu gün “Tottenhem”dən ayrılacaq.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2023-cü ildə “Empoli”dən 18 milyon avro qarşılığında London təmsilçisinə transfer olunub. O, 2025/2026-cı illər  mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, bu matçlarda 65 qol buraxıb və 13 görüşdə  qapısını toxunulmaz saxlayıb.

Transfermarkt portalında italiyalı qolkiperin hazırkı bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Неожиданное решение призера Олимпиады: Кирпичникова завершила карьеру 13:16 "ХОРОШИЕ РУССКИЕ"— пишет Рамиз Юнус... 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Какая погода будет завтра? — ПРОГНОЗ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Руководитель азербайджанской диаспоры в Москве депортирован 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 Ильхаму Алиеву вручено удостоверение «Почетного гражданина города Ирпень» 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Приближается лунное затмение: в Азербайджане оно будет видно всего 32 минуты 10:56 Ильхам Алиев поздравил своего индонезийского коллегу 11:34 Будет изменен график рейсов Баку — Габала — Баку 10:51 Все новости