İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi
İndoneziyanın cənub-şərqində baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.
TodayPress TV xəbər verir ki, “Tempo” portalının məlumatına görə, təbii fəlakət nəticəsində daha 137 nəfər xəsarət alıb.
Zəlzələ təxminən 2 400 evə ziyan vurub. Hazırda 5 488 nəfər təxliyə məntəqələrində yerləşdirilib, 171 nəfər isə öz imkanları ilə təhlükəli ərazilərdən uzaqlaşıb.
Məlumata görə, avqustun 15-də Şərqi Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 87 təhsil müəssisəsi, 50 dini obyekt və 76 dövlət qurumu da daxil olmaqla çoxsaylı ictimai obyektlərə ziyan dəyib.
Xilasedicilər ərazidə axtarış-xilasetmə və təxliyə işlərini davam etdirirlər.
Türkan İsgəndərli