UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi

UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi
07.08.2026 12:22

UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor diz əməliyyatının uğurla keçdiyini və oktaqona qayıdış üçün hazırlığa başladığını bildirib.

TodayPress TV xəbər verir ki, irlandiyalı döyüşçü sosial şəbəkə hesabında paylaşdığı açıqlamada əməliyyatdan sonra bərpa prosesinin uğurlu olduğunu vurğulayıb.

“Əməliyyat uğurla başa çatdı. Dizim bərpa olundu. Şübhə edənlər danışmağa davam edə bilərlər. Mən ağrıdan qaçmadım, onun üzərinə getdim. İndi isə əsl iş başlayır. Qayıdış mövsümü bu gündən start götürür. Heç bir bəhanə yoxdur, yalnız yenidən ayağa qalxmaq iradəsi var”, – deyə Makqreqor yazıb.

Qeyd edək ki, Konor Makqreqor iyul ayında UFC 329 turnirində Maks Holloueyə qarşı döyüşdə dizindən zədə almışdı. Beş ildən sonra ilk dəfə oktaqona çıxan irlandiyalı görüşün əvvəlində uğursuz eniş etdikdən sonra daha iki dəfə yıxılıb. Hakim döyüşü 69-cu saniyədə dayandırıb və texniki nokautla qələbə Maks Holloueyə verilib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı[[ - SƏRƏNCAM ]] 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Громкий взрыв в Москве: атака Украины или сверхзвуковые испытания? 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Турция, Пакистан и Саудовская Аравия создают военный союз — ПРИЧИНЫ 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Первый в истории Армянской церкви: Католикос Гарегин II предстанет перед судом 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 Нити натянулись, перемирие закончилось... — Что происходит в Йемене? — КОММЕНТАРИЙ 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 На «Торговой» горит объект 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Трамп подписал новый указ против «родильного туризма» 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Кто и как спаслись с тонувшего корабля? - Сгорели склады, пропали деньги, компенсации не выплачиваются... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Все новости