Alonsonun qərarı Okonun taleyini həll edə bilər
“Haas” komandasının pilotu Esteban Okon 2027-ci il mövsümündə “Aston Martin”ə transfer oluna bilər.
TodayPress TV “Auto Sport Web” nəşrinə istinadən xəbər verir ki, fransalı pilot mövsümün sonunda “Haas”dan ayrılacağı təqdirdə, Fernando Alonsonun komandanı tərk etməsi halında onun yerini tutmağa əsas namizədlərdən biri hesab olunur.
Bildirilir ki, “Aston Martin”in sahibi Lourens Stroll indiyədək oğlu Lens Strollun komanda yoldaşı kimi əsasən dünya çempionlarını seçməyə üstünlük verib. Lakin 2027-ci ildə uyğun çempion tapılmasa, ən azı Qran-pri qalibi olan pilotun dəvət ediləcəyi gözlənilir. Okon isə 2021-ci il Macarıstan Qran-prisinin qalibi olduğu üçün bu meyara cavab verir.
Mənbənin iddiasına görə, Okonun üstünlüklərindən biri də onun Lens Stroll ilə gənclər seriyalarından bəri yaxın dost olmasıdır. Alonsonun komandadan ayrılacağı təqdirdə, kanadalı pilotun komanda yoldaşı kimi məhz Okonu görmək istəyə biləcəyi vurğulanır.
Qeyd olunur ki, Esteban Okon bu ssenarinin reallaşacağına ümid edir və Fernando Alonsonun gələcəyi ilə bağlı yaxın həftələrdə verəcəyi qərarı gözləyir.
Namiq HUN