“Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır!

“Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır!
05.08.2026 12:24

“Vacib səfərə çıxırıq. Oyuna yaxşı hazırlaşmışıq və qələbə üçün meydana çıxacağıq”.

TodayPress TV xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.

Təcrübəli mütəxəssis rəqibi yaxşı tanıdıqlarını və qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı ciddi hazırlaşıb. Onların ölkə çempionatında iki oyunu təxirə salınıb. Polşadan sərfəli nəticə ilə qayıtmaq istəyirik”.

Qurbanov komandadakı zədə durumuna da toxunub:

“Sofiyada ÇSKA ilə oyundan sonra bəzi futbolçularımız zədələndi. Onlar məşqlərdə tam güclə iştirak edə bilmədilər, bərpa prosesi də bir qədər uzandı. Amma bu, vəziyyətimizin pis olduğu anlamına gəlmir. Yolumuza davam edirik. Sadəcə, zamana ehtiyac var və düşünürəm ki, hər şey yaxşı olacaq”.

Baş məşqçi komandanın avrokubok təcrübəsinin vacibliyini də vurğulayıb:

“Belə rəqiblərə qarşı dəfələrlə oynamışıq. UEFA Çempionlar Liqasında da böyük təcrübə qazanmışıq. Bizim kimi bir çox komandalar uğurlu nəticələrini daim qoruyub saxlaya bilməyiblər. Mövsüm ərzində hər oyunda eyni nəticəni göstərmək asan deyil. Sofiyada ÇSKA-ya qalib gəlməsək də, komandamızın oyunundan razı qalmışdım”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Dinamo” (Kiyev) – “Qarabağ” oyunu avqustun 6-da, Bakı vaxtı ilə saat 21:00-da Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena” stadionunda keçiriləcək. Cavab görüşü isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Все новости