Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH

Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH
05.08.2026 13:45

Böyük dövlətlərin Mərkəzi Asiyaya marağı artıb. Əgər əvvəllər Mərkəzi Asiya qonşuluğundakı Çin və Rusiya ilə əməkdaşlığa əhəmiyyət verirdisə, hazırda bölgə ölkələrinin seçim imkanı genişlənib. Mərkəzi Asiya ölkələri müxtəlif ölkələrlə, o cümlədən ABŞ, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya ilə 5+1 formatında əməkdaşlıq edirlər.


TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, bu formatda növbəti sammitin sentyabr ayında Cənubi Koreyanın paytaxtı Seulda keçirilməsi planlaşdırılır:

"Mərkəzi Asiyanın Azərbaycan və Türkiyə ilə birgə inteqrasiya proseslərinə fəal qatılması da reallıqdır. Bununla yanaşı Mərkəzi Asiya ölkələri Avrasiya bölgəsinin digər ölkələri ilə əməkdaşlığı da gücləndirməyə qərar veriblər. Belə ölkələrdən biri Hindistandır". 

Analitik qeyd edib ki, Özbəkistan Hindistanla tərəfdaşlığı gücləndirməyə qərar verib:

"Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov avqustun 3-də Hindistana səfəri zamanı bu ölkənin Prezidenti Draupadi Murmu ilə görüşüb. Görüşdə Özbəkistan və Hindistan arasında ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq daha da inkişaf etdiriləcəyi vurğulanıb. Razılaşmaya əsasən, iki ölkə yalnız iqtisadiyyat və ticarət sahəsindəki işbirliyi ilə kifayətlənməyəcək, həm də siyasi əlaqələri canlandıracaq. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də münasibətlərin gücləndirilməsi nəzərdə tutulub. Hindistan Prezidenti iki ölkə arasındakı humanitar əlaqələrin inkişafına dair iki misal çəkib. Birincisi, indiyənə qədər Özbəkistandan olan üç mindən çox rəsmi şəxs və mütəxəssis Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq təlim proqramlarından və təqaüd təşəbbüslərindən faydalanıb. İkincisi, hazırda Özbəkistanda 16 mindən çox hindli tələbə təhsil alır. Özbəkistanın xarici işlər naziri hindli həmkarı Subrahmanyam Jaishankarla da strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Nazirlər hərtərəfli əlaqələrin inkişafı zərurətini vurğulayaraq qarşılıqlı yatırımların artırılması, o cümlədən nəqliyyat layihələri barədə də fikir mübadiləsi aparıblar". 

Politoloq Özbəkistanın xarici işlər nazirinin Hindistana səfərinin əsas məqsədinin bu ölkə ilə ticarət, investisiya, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək olduğunu deyib:

"Hindistanın Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla hərtərəfli əməkdaşlığa ehtiyacı var. Bu Hindistanın Mərkəzi Asiyada möhkəmlənməsi üçün əhəmiyyətlidir. Öz növbəsində Özbəkistan Rusiya və Çinlə yanaşı Hindistanla da əməkdaşlığın genişləndirilməsini lazım bilir. Hindistanın Baş naziri Narendra Modi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşərək, əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı razılaşdırmışdılar". 

Ekspert xatırladıb ki, Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır:

"Ötən il iki ölkə ticarət mübadiləsi 30 faiz artaraq 1 milyard 300 milyon dollara çatıb. Tərəflər ticarət mübadiləsini 2 milyard dollara çatdırmağı hədəfləyiblər. Hindistan Özbəkistana əczaçılıq məhsulları, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş ət ixrac edir, Özbəkistandan isə meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Son illərdə sürətlə inkişaf edən Özbəkistan Hindistanla ticarəti artırmağı planlaşdırır. Təsadüdi deyil ki, Özbəkistanın Hindistana səfəri zamanı Yeni Dehlidə biznes forum da keçirilib. Biznes forumda hər iki ölkədən iştirak edən yüzlərlə biznesmenə müxtəlif layihələrdə iştirak təklif edilib. İndinin özündə Özbəkistanda Hindistan kapitalına bağlı 400 şirkət fəaliyyət göstərir. Bu şirkətlərin maliyyə dövriyyəsi 5 milyard dollar civarındadır".   

Onun qənaətincə, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ölkəsinin inkişaf modeli iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın təşviqinə, investisiya mühitinin yaxşılaşdırılmasına, logistika imkanlarının artırılmasına və rəqəmsallaşmanın genişləndirilməsinə əsaslanıb:

"Bu siyasətin nəticəsində Özbəkistan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib. Özbəkistan gəlirlərini artırmaqla Mərkəzi Asiyada iqtisadi çəkisini artırıb. Сpraqmatik siyasət həyata keçirir. Özbəkistan müxtəlif dövlətlərlə iqtisadi əməkdaşlığın inkişafı yollarını araşdırır, təkliflər irəli sürür və həmin təklifləri reallaşdırmağa çalışır. Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır". 

Jalə Rövşən

FOTOLAR

Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH — 1
XƏBƏR LENTİ
05 AVQUST 2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 Bütün Xəbərlər