Leverkuzen klubu transfer bombasını partlatdı!

Leverkuzen klubu transfer bombasını partlatdı!
05.08.2026 12:49

“Bayer” Migel Qutyerresin transferini rəsmən açıqlayıb. 

TodayPress TV xəbər verir ki, İspaniya millisinin müdafiəçisi Migel Qutyerres “Napoli” klubundan “Bayer” komandasına transfer olunub.

Leverkuzen təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.

Qutyerres futbol karyerasına Madrid “Real”ının akademiyasında başlayıb. O, ötən il “Jirona”dan “Napoli”yə keçmiş və Neapol təmsilçisinin əsas heyət oyunçularından birinə çevrilmişdi. Müdafiəçi ötən mövsüm “Napoli”nin  heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb.

2025/2026-cı illər mövsümündə isə Qutyerres A Seriyasında 28 matç keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasında 5 oyunda forma geyinib.

Namiq HUN

XƏBƏR LENTİ
05 AVQUST 2026
Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Bütün Xəbərlər