“Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi!
Türkiyənin “Qalatasaray” klubu “Lokomotiv”in yarımmüdafiəçisi Aleksey Batrakovun transferi ilə bağlı danışıqları dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə türkiyəli jurnalist və insayder Yakub Çınar “YouTube”da yayımlanan 90+Digital kanalında məlumat verib.
Mənbənin sözlərinə görə, İstanbul təmsilçisi danışıqlar masasından çəkilib və rusiyalı futbolçunun transferində israr etməyəcək. Klub “10 nömrə” mövqeyi üçün ilkin namizədinə – “Portu”nun yarımmüdafiəçisi Rodriqo Moraya qayıdıb.
Bundan əvvəl Batrakovun transferi ilə bağlı danışıqların həlledici gününün 10 avqust olacağı bildirilmişdi. Digər insayder Nikolo Skira isə klubların futbolçunun keçidi ilə bağlı rəsmi əlaqələrə başladığını açıqlamışdı.
Aleksey Batrakovun transferinin məbləğinin 25 milyon avro təşkil edə biləcəyi qeyd olunurdu.
Namiq HUN