Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim”
“Real”ın baş məşqçisi Joze Mourinyo 2013-cü ildə “Mançester Yunayted”in baş məşqçisi olmaqdan niyə imtina etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Portuqaliyalı mütəxəssis bildirib ki, həmin vaxt Madrid təmsilçisindən ayrıldıqdan sonra ser Aleks Ferqyusonu “Mançester Yunayted”də əvəzləmək barədə razılığa gəlib.
“Real”dan ayrıldıqdan sonra “Mançester Yunayted”də ser Aleksin yerinə keçmək barədə razılaşmışdım. Bu təklif mənim üçün böyük şərəf idi. Çünki “Mançester Yunayted” çox maraqlı seçimdir. Amma futbola sevgi ilə konkret kluba olan sevgi tamamilə fərqli şeylərdir. Düşünürəm ki, konkret kluba olan sevgi daha güclüdür və əslində, “Real”dan sonra yenidən sevilmək istəyirdim.
Ser Aleks Ferqyusonun varisi olmaqdan imtina etmək qərarı mənim üçün çox çətin idi. Lakin buna görə peşman deyiləm, çünki ürəyimin səsinə qulaq asaraq seçim etdim”, – deyə Mourinyo bildirib.
Namiq HUN