İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama

İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama
10.08.2026 12:18

“Liverpul”un kapitanı Vircil van Deyk İraolanın rəhbərliyi altında çalışmağı dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Liverpul”un müdafiəçisi “Monako” ilə keçirilən yoxlama matçından (2:3) sonra yeni baş məşqçi Andoni İraola ilə işləmək barədə fikirlərini bölüşüb.

“İş prosesi əla gedir. Onun klubdakı ilk həftəsində çox yaxşı söhbətimiz oldu. Əsas odur ki, o başa düşsün – mən bunu ona artıq demişəm – nə olursa-olsun, işləməyə hazıram. Ümid edirəm ki, yeni mövsümdə uğur qazanacağıq. Bunun üçün çalışırıq.

Arne Slota və onun məşqçilər heyətinə qarşı deyə biləcəyim heç bir mənfi fikir yoxdur. Bu, çox yaxşı dövr idi, sadəcə ötən mövsüm bizim üçün o qədər də uğurlu alınmadı. İndi isə yeni məşqçimiz, yeni hazırlıq metodlarımız var və bütün bunlara uyğunlaşmalıyıq. Arnenin rəhbərliyi altında çalışmağı sevirdim və əminəm ki, yeni məşqçi ilə də işləməkdən zövq alacağam”, – deyə van Deyk bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 Levandovski “Barselona” əfsanələri arasında: Polşalı hücumçu tarix yazdı! 11:44 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Bütün Xəbərlər