PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib

PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib
11.08.2026 15:15

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının UEFA Çempionlar Liqasını ardıcıl üçüncü dəfə qazanmaq niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə “RMC Sport”a açıqlamasında danışıb.

“Qarşımızda unikal çağırış var – əgər Çempionlar Liqasını ardıcıl üçüncü dəfə qazansaq, “Real”a çatmış olacağıq. Avropa futbolu tarixində belə nailiyyətin demək olar ki, analoqu yoxdur. Madrid təmsilçisindən başqa heç kim bu turnirdə üç dəfə ardıcıl qalib olmayıb. Əminəm ki, hazırda Avropada bizdən daha motivasiyalı komanda yoxdur”, – deyə Enrike bildirib.

Qeyd edək ki, “Real” Çempionlar Liqasının 2016, 2017 və 2018-ci illərdə keçirilən turnirlərində qalib olub. Həmin dövrdə “kral klubu”nun baş məşqçisi fransalı Zinəddin Zidan idi.

PSJ isə Çempionlar Liqasını 2025 və 2026-cı illərdə qazanıb. Son turnirin finalında Paris təmsilçisi “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, avqustun 12-də UEFA Superkuboku uğrunda keçiriləcək oyunda PSJ ötən mövsüm UEFA Avropa Liqasının qalibi olan “Aston Villa” ilə qarşılaşacaq.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 США продали захваченные российские суда в Дубае 15:44 Ученые предложили: сократить население мира с 8 миллиардов до 4 миллиардов — ЗАЯВЛЕНИЕ 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Удар дрона по автомобилю в Ливане: есть раненые 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Объявлены цели России в Украине — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 13:44 Все новости