O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi”

O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi”
05.08.2026 10:39

NBA-nın Əfsanələr Zalının üzvü və dördqat çempion Şakil O'Nil “Los-Anceles Leykers”dən ayrılması ilə bağlı hələ də peşmanlıq hissi keçirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “All The Smoke” podkastında açıqlanıb. 

Onun sözlərinə görə, vaxtilə maaşının azaldılmasına razılıq versəydi və Kobe Brayantın komandanın əsas ulduzu olmasını qəbul etsəydi, “Leykers” daha çox çempionluq qazana bilərdi.

“İndi sahib olduğum təcrübə o vaxt olsaydı, yeddi çempionluğum ola bilərdi. Məni Kobe ilə münaqişəyə görə yox, maaşımı azaltmaq istəmədiyim üçün dəyişdilər. Daha sonra Kobe dedi ki, birlikdə ən azı 10 çempionluq qazana bilərdik. O vaxt pulum var idi. Sadəcə deməli idim ki, “Artıq bu komanda sənindir”. Mən yenə də öz oyunumu oynaya bilərdim.

Amma o vaxt düşünürdüm ki, mənə 150 milyon dollarlıq müqavilə lazımdır. İndi hər şeyi geri qaytara bilsəydim, yəqin ki, ailəmlə məsləhətləşərdim. Mənim təkəbbürüm mənə mane oldu. Sonradan “Mayami”yə keçdim, Dueyn Ueydlə birlikdə daha bir çempionluq qazandım. Amma karyeramı “Leykers”də başa vurmaq istəyirdim”, – deyə O'Nil bildirib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Ужасная ночная атака России на Киев: число погибших и раненых возросло 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 «Умоляю, не отправляйте меня обратно…» — испанский солдат не выдержал слез марокканского ребенка 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 В результате атак России пострадало имущество азербайджанцев 10:03 Все новости