O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi”

O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi”
05.08.2026 10:39

NBA-nın Əfsanələr Zalının üzvü və dördqat çempion Şakil O'Nil “Los-Anceles Leykers”dən ayrılması ilə bağlı hələ də peşmanlıq hissi keçirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “All The Smoke” podkastında açıqlanıb. 

Onun sözlərinə görə, vaxtilə maaşının azaldılmasına razılıq versəydi və Kobe Brayantın komandanın əsas ulduzu olmasını qəbul etsəydi, “Leykers” daha çox çempionluq qazana bilərdi.

“İndi sahib olduğum təcrübə o vaxt olsaydı, yeddi çempionluğum ola bilərdi. Məni Kobe ilə münaqişəyə görə yox, maaşımı azaltmaq istəmədiyim üçün dəyişdilər. Daha sonra Kobe dedi ki, birlikdə ən azı 10 çempionluq qazana bilərdik. O vaxt pulum var idi. Sadəcə deməli idim ki, “Artıq bu komanda sənindir”. Mən yenə də öz oyunumu oynaya bilərdim.

Amma o vaxt düşünürdüm ki, mənə 150 milyon dollarlıq müqavilə lazımdır. İndi hər şeyi geri qaytara bilsəydim, yəqin ki, ailəmlə məsləhətləşərdim. Mənim təkəbbürüm mənə mane oldu. Sonradan “Mayami”yə keçdim, Dueyn Ueydlə birlikdə daha bir çempionluq qazandım. Amma karyeramı “Leykers”də başa vurmaq istəyirdim”, – deyə O'Nil bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi 09:50 Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO 09:38 Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq" 09:33 NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı 09:30 FIFA qaydaları “Şəfa”nı yarışdan kənarda qoydu 09:14 “Mənim oyuncaqlarım” – Ronaldodan maraqlı paylaşım 09:00 Vinisiusdan iddialı mesaj: Mövsümə tam hazır olacağıq! 08:58 İndoneziyanı güclü zəlzələ silkələdi 08:55 Messi yanğın bölgəsinə etdiyi ianə ilə gündəm oldu! 08:40 Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO 08:31 “Sabah”dan inamlı açıqlama: Məqsəd yalnız qələbədir! 08:38 ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxınlaşdı 08:15 Bütün Xəbərlər