Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi

Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi
03.08.2026 09:07

PSJ Pedrinin transferi üçün ilk təklifini hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Fransa çempionu “Barselona”nın yarımmüdafiəçisi Pedrini transfer etmək niyyətindədir.

Bildirilir ki, Paris təmsilçisi dünya və Avropa çempionu olan ispaniyalı futbolçuya görə 90 milyon avro ödəməyə hazırdır. Baş məşqçi Luis Enrikenin əsas hədəfi olan Rodri “Real Madrid”ə keçmək qərarı verdikdən sonra PSJ diqqətini Pedriyə yönəldib.

23 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Barselona”nın formasını geyinir. O, bu müddətdə Kataloniya təmsilçisinin heyətində 245 oyuna çıxıb, 28 qol vurub və 33 məhsuldar ötürmə edib. Pedri hazırda komandanın kapitanlarından biridir.

Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında yarımmüdafiəçinin bazar dəyəri 150 milyon avro qiymətləndirilir.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Два двоюродных брата, приехавшие из Москвы в Баку на свадьбу, утонули в море 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Эпоха завершилась: Брэд Хант завершил карьеру 10:41 Утверждения о «Беркане» оказались несостоятельными: Возинья находится в Чили 10:34 Золото начало неделю с роста 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Цены на нефть упали более чем на 5% 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 МЧС: На прошлой неделе было осуществлено 861 выезд на пожар, спасены 59 человек 09:55 Состоится экзамен по способностям для желающих поступить на журналистику 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Не согласился на снижение зарплаты, расставание стало неизбежным 09:23 Атака БПЛА на один из крупнейших логистических складов России 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 «После "Возмездия" возврата не было» — операция, изменившая судьбу Карабаха 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 В Египте произошло сильное землетрясение 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Все новости