İran millisi ABŞ-dəki dünya çempionatına gedəcəyini təsdiqlədi

İran millisi ABŞ-dəki dünya çempionatına gedəcəyini təsdiqlədi
02.03.2026 17:51

İranın İspaniyadakı səfiri Rza Zabib ölkə millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı məsələyə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə AS nəşrinə danışıb.

Səfir qeyd edib ki, İran yığması mundialda iştirak edəcək və bunun üçün heç bir maneə yoxdur.

“İran dünya çempionatına gedəcək. Bizim orada olmağa haqqımız var. Heç bir problemimiz yoxdur, gedəcəyik”, – deyə o, bildirib.

Daha əvvəl İran millisinin ABŞ və müttəfiqlərinin ölkəyə qarşı hərbi əməliyyatları səbəbindən turnirdən imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, İran yığması 2026 FIFA Dünya Çempionatına vəsiqə qazanıb və G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Komandanın hər üç oyunu ABŞ ərazisində keçiriləcək.

Mundial yayda ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il mundialının finalında Argentina yığması Fransa komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gəliblər.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Турция, Пакистан и Саудовская Аравия создают военный союз — ПРИЧИНЫ 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Первый в истории Армянской церкви: Католикос Гарегин II предстанет перед судом 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 Нити натянулись, перемирие закончилось... — Что происходит в Йемене? — КОММЕНТАРИЙ 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 На «Торговой» горит объект 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Трамп подписал новый указ против «родильного туризма» 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Кто и как спаслись с тонувшего корабля? - Сгорели склады, пропали деньги, компенсации не выплачиваются... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Португальцы отстранены, на матч «Сабаха» назначены французские судьи 10:19 Все новости