İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ

İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ
18.08.2026 06:40

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) rəsmi saytında Kevin Lamurun təşkilatın baş əməliyyat direktoru vəzifəsindən ayrıldığını elan edib.

TodayPress TV xəbər verir ki, qurumun yaydığı açıqlamada bildirilir:

"FİFA və baş əməliyyat direktoru vəzifəsini tutan Kevin Lamur arasındakı əmək münasibətlərinin 17 avqust 2026-cı ildə başa çatdığını təsdiqləyə bilərik. FİFA Kevinə iki illik fəaliyyəti üçün təşəkkür edir və gələcəkdə ona uğurlar arzulayır".

2026-cı il futbol üzrə dünya çempionatının başa çatmasından qısa müddət sonra FİFA prezidenti Canni İnfantino qurumun bəzi hüquqlarının üçüncü tərəf investorlarına satılması planlarından danışıb. Açıqlama futbol ictimaiyyətində mənfi reaksiyaya səbəb olub və 2030-cu il dünya çempionatını boykot etmək hədələri səsləndirilib. Bu barədə ilk olaraq Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) çıxış edib. Güclü tənqidlər fonunda FİFA bu ideyadan imtina edib.

Həmin vaxt Lamur yazıb ki, son aylarda dünya çempionatındakı payın satılması ilə bağlı sövdələşmənin hazırlanması zamanı İnfantinonun kifayət qədər açıq davranmaması səbəbindən FİFA əməkdaşları "yanıltılıb". Onun sözlərinə görə, əməkdaşlar qurum rəhbərliyindən daha çox açıqlıq və hörmət gözləyirdilər.

"Sky News"un məlumatına görə, məhz bu tənqid Lamurun işdən çıxarılmasına səbəb olub. FİFA isə 17 avqust 2026-cı ildə Lamurla əmək münasibətlərinin başa çatdığını təsdiqləyib, lakin ayrılığın konkret səbəblərini açıqlamayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 Все новости