Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır

Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır
14.08.2026 09:43

İqlim dəyişikliyi Fransada futbol matçlarının keçirilməsinə birbaşa təhlükə yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. 

Bildirilir ki, Fransa Futbol Federasiyasının (FFF) sifarişi ilə Sport 1.5 şirkətinin apardığı və L’Équipe nəşrinin əldə etdiyi araşdırmanın nəticələrinə əsasən, ölkədəki futbol klublarının 93 faizi artıq hava şəraiti ilə əlaqədar oyunların təxirə salınması və ya tarixinin dəyişdirilməsi halları ilə üzləşib.

Araşdırmada futbol üçün beş əsas iqlim riski müəyyənləşdirilib. Bunlar güclü istilər, quraqlıq, tufanlar, qış yağıntıları və daşqınlardır.

Vəziyyətin 2030-cu ilə qədər daha da pisləşə biləcəyi bildirilir. Yüksək temperatur səbəbindən 300 mindən çox məşq və təlim-məşq saatı təhlükə altında qala bilər. Həmçinin il ərzində orta hesabla 112 gün futbol meydançalarının quraq vəziyyətdə qalacağı proqnozlaşdırılır.

Bundan əlavə, Fransadakı futbol meydançalarının təxminən üçdə biri daşqın riski olan ərazilərdə yerləşir.

Süni örtüklər də problemi tam həll etmir. Belə meydançaların temperaturu havanın temperaturundan 30 dərəcəyədək yüksək ola bilər. Ətraf mühitin temperaturu 40 dərəcəyə çatdıqda isə süni örtüyün temperaturu 70 dərəcədən yuxarı qalxa bilər.

2100-cü il üçün proqnozlar isə daha narahatedicidir. Araşdırmaya əsasən, təbii örtüklü meydançaların 86 faizində ildə ən azı 80 quraq gün qeydə alına bilər. Bəzi şəraitlərdə futbol matçlarının normal keçirilməsi hər il təxminən üç ay ərzində mümkünsüz ola bilər.

Yaranmış təhlükə ilə əlaqədar FFF artıq uyğunlaşma tədbirləri üzərində işləyir. Federasiya yeni strategiyanı və yenilənmiş protokolları 2026-cı ilin ikinci yarısında təqdim etməyi planlaşdırır.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA 11:34 Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Напряженность в Ормузском проливе: совершены нападения на два танкера 11:16 Moskvanın bütün hava limanları bağlandı 11:54 Азербайджан в 1990-х годах сделал такой шаг, что… — Сегодня мы не зависимы от одного «пролива» 11:08 Новость для получателей пенсий: в Баку, Сумгайыте и Абшероне... 11:42 Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Азербайджан поздравил Пакистан с Днем независимости 11:20 В Твери обломки дрона разрушили стену склада: рабочие были эвакуированы 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Финляндия отменила запрет на полеты 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Азербайджанская нефть подешевела 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 Qasperinidən Fofana təkidi: “Roma” transfer üçün hərəkətə keçdi! 09:56 Иран пригрозил США и Израилю: «Они понесут юридическую ответственность» 09:53 Xəzərin sahilində dünya güləşçiləri bir araya gələcək! 09:48 Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir 09:45 Все новости