Xəzərin sahilində dünya güləşçiləri bir araya gələcək!
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
TodayPress TV xəbər verir ki, 27 avqustda baş tutacaq U17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq.
Oğlanlar arasında 60, 70, 80 və 90 kq-da, qızlar arasında isə 45, 55, 65 və 75 kq-da qaliblər müəyyənləşəcək.
28-29 avqust tarixlərində isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq.
Kişilər 70, 80, 90 və +90 kq-da, qadınlar isə 50, 60, 70 və +70-da çıxış edəcəklər.
Qeyd edək ki, ümumilikdə 34 ölkədən 200-dən artıq güləşçi Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.
Namiq HUN