FIFA prezidentindən rəsmi ifadə tələb olundu

FIFA prezidentindən rəsmi ifadə tələb olundu
28.07.2026 09:24

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırma başlanmasına təşəbbüs göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilir ki, Raskin FIFA rəhbərliyinin ABŞ prezidenti Donald Tramp və onun administrasiyası ilə mümkün əlaqələrini üzə çıxarmaq məqsədilə müvafiq sənədlərin təqdim olunmasını tələb edib.

Bundan əlavə, konqresmen FIFA-nın Mayami və Nyu-Yorkdakı ofislərinə dair, eləcə də təşkilatın Nyu-Yorkdakı qərargahından istifadə etdiyi bütün dövrü əhatə edən giriş-çıxış qeydlərinin təqdim edilməsini istəyib.

Müraciətdə ABŞ Ədliyyə Nazirliyinin dünya futbolunda korrupsiya işi üzrə aparılan araşdırmalar çərçivəsində bəzi şəxslərə qarşı ittihamların ləğvi məsələsinə də toxunulub. Söhbət 2015-ci ildə FIFA-nın 20-dən çox yüksək vəzifəli rəsmisi və idman marketinqi rəhbərlərinə qarşı başladılan istintaqdan gedir.

Sənədin sonunda Raskin Canni İnfantinodan Nümayəndələr Palatasının Hüquq Komitəsində aparılacaq müsahibə çərçivəsində rəsmi ifadə verməsini xahiş edib.

Qeyd edək ki, FIFA və ya Canni İnfantino məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 В Иране живет больше евреев, чем в Азербайджане — откуда такая ненависть, Тегеран?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 КСИР перешел все границы: чтобы втянуть Азербайджан в иранский ад, использовали разбомбленные суда 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 Обладатель «Золотого мяча» выбрал ПСЖ 10:23 Ветреная погода продолжается — ФАКТИЧЕСКАЯ ПОГОДА 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 Удар Ирана по Украине: закроет ли Азербайджан на это глаза? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 Привлекающее внимание послание испанского журналиста о Ямале 09:32 На Камчатке произошло сильное землетрясение 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 Все новости