FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək!

FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək!
11.08.2026 11:45

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun vəzifədən mümkün gedişini səhv qərar adlandırıb.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“FIFA hər hansı səbəbdən prezident Canni İnfantinonu dəyişdirmək imkanını nəzərdən keçirsə, dəhşətli səhvə yol vermiş olar. O, möhtəşəmdir. O, indicə əvvəlkindən dörd dəfə daha uğurlu olan dünya çempionatının təşkilinə rəhbərlik edib. İnfantino getsə, dünya çempionatlarının keçirilməsi bir daha uğurlu olmayacaq və gəlir gətirməyəcək”, – deyə Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl FIFA federasiyanın kommersiya fəaliyyətini, eləcə də turnirlərin təşkili ilə bağlı işlərini birləşdirəcək “FIFA Forward Enterprise” (FFE) şirkətinin yaradılması planını açıqlayıb. Təşkilat həmçinin özəl investorları şirkətdə pay almağa dəvət edib.

Bu təşəbbüs UEFA-nın mənfi reaksiyasına səbəb olub və dünya çempionatının boykot edilə biləcəyi barədə məlumatlar yayılıb. Daha sonra FIFA İnfantinonun açıqlamasını yayımlayıb. FIFA prezidenti layihənin fikir ayrılıqlarına səbəb olduğunu etiraf edib və təklifin həyata keçirilməyəcəyini bildirib.

İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini tutur. İsveçrəli funksioner 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən bu vəzifəyə seçilib.

Növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 ТАК Трамп сбежал из Турции после угрозы покушения 12:57 Sabah hava necə olacaq ? 12:42 Уиткофф сделал заявление по поводу Нахчывана 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Хуситы подбили саудовское судно — члены экипажа погибли 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Глаза прикованы к историческому визиту Ильхама Алиева в Нахчыван — первому после войны 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Прикаспийские страны соберутся в Иране 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 В прямом эфире распространили новость о смерти британского короля 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Социальный джетлаг(jetlag) может нарушить режим сна 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Все новости