Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar

Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar
26.06.2026 22:55

İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında şahmat üzrə dünya çempionatında son turun partiyaları oynanılıb.

TodayPress TV Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, son tur ərəfəsində 14 yaşadək qızlar arasında yarışda lider mövqeyini qoruyan Zəhra Allahverdi çempionluğunu rəsmiləşdirib.

11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayan Zəhra 9 xal toplamaqla dünya birinciliyinin qızıl medalına layiq görülüb.

Azərbaycan şahmatçılarından növbəti qızıl medalı 16 yaşadək kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib. Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar arasında Avropa çempionu 11-ci turda FIDE təmsilçisi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.

83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq və onların şərəfinə Azərbaycan Himni səsləndiriləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 Все новости