Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başladı

Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başladı
30.06.2025 12:43 Hadisə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Ramil Şükürovun vəkili Abbas Atakişiyev işə yeni qoşulduğunu və işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Təqsirləndirilən Ramil Şükürovun vəkili Ceyhun Yusifov müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı əvəz olunması üçün vəsatət verib.

Vəkil Ceyhun Yusifov bildirib ki, Ramil Şükürov ağır ürək xəstəsidir. O, məhkəmə zalına müalicə mərkəzindən gətirilib. Orada intensiv şəkildə müalicə alır. 23 iyunda Mərkəzi Gömrük Hospitalında müayinədən keçib. Həmin sənədin işə əlavə edilməsini, öhdəliyində az yaşlı övladının olmasını nəzərə almağınızı xahiş edirik.

Müdafiə tərəfi qeyd edib ki, təqsirləndirilən şəxslər eyni maddələr üzrə ittiham olunur. Xaliq Əzimov və Emil Nəbiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin Ramil Şükürov həbs edilib. Müvəlkilimin həbsdə saxlanılması üçün əsas yoxdur. Öncə Ramil Şülür barəsində ev dustaqlığı seçilsə də, sonra da istintaq orqanı həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verib. Biri ağ, qalanları qara adam deyil. Ya şəxslərin hamısı barəsində ev dustaqlığı seçilməlidir, ya da həbs edilməlidir.

Dövlət ittihamçısı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilməsini onunla əsaslandırıb ki, Ramil Şükürova əlavə ağırlaşıdırıcı ittiham irəli sürülüb və o, rəis vəzifəsində çalışıb.

Məhkəmə müşavirə edib.

Hakim heyəti işlə tanış olması üçün vəkilə vaxt verilməsi vəsatətini təmin edib.

Təqsirləndirilən Ramil Şükürovun həbs qətimkan qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti təmin edilməyib.

Təqsirləndirilən şəxslərin qətimkan tədbiri 3 iyulda bitir. Onların barəsində seçilmiş qətimkan tədbiri hazırlıq iclası bitənədək dəyişdirilmədən saxlanılsın.

Məhkəmənin hazırlıq iclası 11 iyulda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Bütün Xəbərlər