Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi
15.07.2026 15:38

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə daxil olan məlumatda bildirilib ki, son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Bununla əlaqədar bildiririk ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən “Magna trans” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.

Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.

Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.

Buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar səsləndirməyə davam edib.

Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılov tərəfindən yayılan qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июля 2026
Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 Иран нанес удары по всем, кроме Израиля – в чем причина? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 США назначили русского руководителем коридора TRIPP – Кто такой Соколов? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Примечательное заявление российского депутата об Азербайджане 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Организуя нападение на Азербайджан, Россия опозорила себя перед всем миром — АНАЛИЗ 16:10 Новые банкноты стирают в стиральной машине – Так тестируют деньги 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 МИД обратился к гражданам Азербайджана – ЗАЯВЛЕНИЕ 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Путин отправил свой частный самолет, чтобы вывезти Хаменеи из Ирана? – Невероятные подробности 15:21 Заявление ЦЕНТКОМ: Удары по Ирану... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Все новости