İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər

İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər
15.07.2026 16:48

Bakıda və digər iri şəhərlərdə parklanma yerlərinin azlığı sürücülərin ən çox üzləşdiyi problemlərdən biridir. Mövcud yerlərin bir hissəsinin isə avtomobillərin düzgün park edilməməsi səbəbindən istifadədən çıxması narazılıq yaradır. Bəzən sürücülər avtomobillərini nişanlanma xətlərini keçərək saxlayır və bununla da faktiki olaraq iki parklanma yerini tutur. Bu halda sürücünün əlavə ödəniş etməli olub-olmaması və hansı mexanizmlərin tətbiq edilə biləcəyi müzakirə mövzusudur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, belə hallar ilk növbədə parklanma mədəniyyətinin və nəzarət sisteminin təkmilləşdirilməsinin vacibliyini göstərir.


Onun sözlərinə görə, avtomobili nişanlanma xətlərindən kənarda saxlamaq digər sürücülərin qanuni parklanma hüququnu məhdudlaşdırır:

"Parklanma mədəniyyəti və parklanma yerlərindən düzgün istifadəyə nəzarət vacibdir.  Problem təkcə avtomobilin əyri saxlanılmasında deyil, məhdud parklanma resursundan səmərəsiz istifadədədir. Bir sürücü bir avtomobil üçün nəzərdə tutulan parklanma sahəsindən səmərəsiz istifadə etməklə faktiki olaraq iki parklanma yerini zəbt edə və digər sürücünün qanuni parklanma imkanına mane ola bilər. Mən hesab edirəm ki, belə hallarda nəzarət mexanizmi daha konkret və çevik işləməlidir".

Ekspertin fikrincə, parklanma xətləri tövsiyə xarakterli deyil, yol nişanlanmasının tərkib hissəsi kimi qəbul olunmalıdır.

"Parklanma ərazilərində çəkilən xətlər sadəcə tövsiyə xarakterli element kimi qəbul edilməməli, nəqliyyat vasitələrinin nizamlı yerləşdirilməsini təmin edən yol nişanlanması kimi nəzərə alınmalıdır. Əgər avtomobil parklanma yerinin hüdudlarını pozaraq yerləşdirilibsə, bu hal foto və ya video vasitəsilə qeydə alına, nəzarət əməkdaşı tərəfindən sənədləşdirilə və qanunvericilikdə əsas olduğu halda inzibati tədbir tətbiq oluna bilər. Çox vacib hüquqi məqam var. Sürücüdən sadəcə "iki yer tutmusan" deyərək özbaşına ikiqat parklanma haqqı almaq olmaz. Parklanma ödənişi və inzibati məsuliyyət yalnız qanunvericilikdə müəyyən edilmiş əsas və mexanizmlərlə tətbiq edilməlidir. Mövcud hüquqi mexanizm buna imkan vermirsə, "iki parklanma yerini tutduğuna görə iki avtomobilin pulu alınsın" prinsipi avtomatik şəkildə tətbiq edilə bilməz".

Adil Nəbiyev hesab edir ki, gələcəkdə bu sahədə ağıllı texnologiyaların tətbiqi ilə daha effektiv nəzarət sistemi qurmaq mümkündür.

"Ağıllı kameralar və süni intellekt əsaslı sistemlər vasitəsilə avtomobilin parklanma xətlərinə münasibətdə mövqeyi avtomatik müəyyən edilə bilər. Sistem avtomobilin bir neçə parklanma sahəsini zəbt etdiyini qeydə aldıqda sürücüyə mobil tətbiq üzərindən xəbərdarlıq göndərilə, müəyyən qısa müddət ərzində avtomobilin düzgün yerləşdirilməsi tələb oluna bilər. Bu yanaşmanın məqsədi sürücüdən daha çox pul almaq yox, məhdud parklanma resursundan ədalətli və səmərəli istifadəni təmin etmək olmalıdır. Xüsusilə Bakı kimi parklanma yerlərinə tələbatın yüksək olduğu şəhərdə bir avtomobilin iki yeri zəbt etməsi sadə diqqətsizlik kimi qiymətləndirilməməlidir".

O əlavə edib ki, ən optimal model sürücüyə əvvəlcə pozuntunu aradan qaldırmaq imkanı verməkdir.

"Mənim fikrimcə, ən düzgün mexanizm "xəbərdarlıq – qısa düzəliş müddəti – təkrar qeydəalma – məsuliyyət" prinsipi ola bilər. Sürücüyə əvvəlcə avtomobilini xətt daxilində düzgün saxlamaq imkanı verilməli, pozuntu aradan qaldırılmadıqda isə konkret hüquqi norma əsasında tədbir görülməlidir. Əks halda, parklanma yerlərinin sayını nə qədər artırsaq da, onlardan düzgün istifadə mədəniyyətini və effektiv nəzarəti formalaşdırmasaq, mövcud parklanma sahələrinin bir hissəsini elə sürücülərin yanlış davranışı nəticəsində itirmiş olacağıq", - deyə A.Nəbiyev fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Türkiyə Ermənistan məsələsində Bakı olmadan addım atmayacaq 19:01 Tramp məktəbə hücum görüntülərinin süni intellekt olduğunu dedi 18:49 Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir” 18:44 Avropa Ukrayna üçün “sandığın ağzını açdı” 18:30 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı 18:23 İsrail və Livan razılaşdı - DETALLAR 18:14 Slovakiya Prezidenti “Sea Breeze”ə getdi 18:06 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNDİ 17:55 Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 Bütün Xəbərlər