Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi
15.07.2026 15:38

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə daxil olan məlumatda bildirilib ki, son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Bununla əlaqədar bildiririk ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən “Magna trans” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.

Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.

Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.

Buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar səsləndirməyə davam edib.

Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılov tərəfindən yayılan qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır".

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Moskva ilə Bakı arasında nələr yaşanır - Zatulin də danışdı 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı 14:25 İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq istəyir 14:23 Dövlətə xəyanət edən şəxs barəsində qərar verildi 14:14 Əfsanəvi Dəməşq poladı - Şərqin sıyrılmış qılıncının sirri açıldı 13:59 Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 Bütün Xəbərlər