Kriminalist: “Azərbaycanda cinayətkarlığın səbəblərini araşdıran institutlar yoxdur”

Kriminalist: “Azərbaycanda cinayətkarlığın səbəblərini araşdıran institutlar yoxdur”
03.02.2026 12:21

"2025-ci il ərzində ümumilikdə 35 852 cinayət faktı qeydə alınıb, prokurorluq orqanları ilə birlikdə 31 mindən artıq cinayət rəsmiləşdirilib".

Kriminalist Şəmsəddin Əliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.  


"2024-cü illə müqayisədə ümumi cinayətlərin sayında azalma tendensiyası müşahidə olunur ki, bu da müsbət göstərici kimi qiymətləndirilir. Bu nəticə polis və istintaq orqanlarının ictimai asayişin və vətəndaşların hüquqlarının qorunması istiqamətində apardığı ardıcıl və peşəkar fəaliyyətin nəticəsi kimi təqdim olunur. 

Statistik müqayisələrə görə, Azərbaycan hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Avropa ölkələri ilə müqayisədə xeyli aşağı göstəriciyə malikdir. Azərbaycanda bu rəqəm təxminən 300-310, Avropa ölkələrində isə 4000-6000 arasında dəyişir".

O, əlavə edib ki, qeydə alınan cinayətlərin 93-94 faizi açılıb. Bu göstərici sovet dövrü ilə müqayisədə (65-67%) əhəmiyyətli dərəcədə yüksəkdir:

"Xüsusilə şəxsiyyət əleyhinə cinayətlərin açılma faizi 98,9% təşkil edib. İl ərzində 1000-dən çox ağır və xüsusilə ağır cinayət törətmiş şəxs saxlanılıb, 200-dən artıq kriminal qrup zərərsizləşdirilib. Qrup halında törədilən cinayətlər - 8,9%, odlu silahdan istifadə edilən cinayətlər - 44,1%, ailə münaqişələri zəminində cinayətlər - 3,1%, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər - 17%, ağır və xüsusilə ağır cinayətlər - 8,6%, qeyri-aşkar şəraitdə törədilən cinayətlər - 10,5%, qəsdən adam öldürmələr - 8,8%, həyat və sağlamlığa ağır zərərvurmalar - 4,7% azalıb".

Şəmsəddin Əliyev qeyd edib ki, hazırda Azərbaycanda cinayətkarlığın səbəblərini sistemli şəkildə araşdıran milli elmi-tədqiqat institutlarının olmaması problemlər yaradır. Sovet dövründə mövcud olan bu institutların funksiyalarının bərpası üçün AMEA, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və ya DİN Akademiyası çərçivəsində belə strukturların yaradılması məqsədəuyğun hesab edilir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
19 июня 2026
Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..." 12:41 Prezident: Dağıstanlıların qoruyub saxladığı bu heykəl mənim babamın yadigarıdır - FOTO 12:43 Media və Yayım Şurası yaradılır 12:33 Rusiya dağılır - Xalq Putindən əl çəkmir - SORĞU 12:30 Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi 12:20 İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Все новости