Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir

Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir
19.06.2026 16:09

Moskvanın “heç vaxt alınmaz” olduğu inancı təsadüfən yaranmayıb - onu səksən ildən artıqdır filmlər, mahnılar, dövlət mərasimləri və dərslik səhifələri vərəqə-vərəqə hörüb.


Bu inancın özəyində 1941-ci ilin qışı dayanır: alman qoşunları paytaxtın qapılarına qədər gəlib. Hadisənin özü həqiqətdir, mübahisəsizdir. Lakin onun ətrafında qurulan hekayə çox önəmli idi. Moskva rus əzəmətinin və böyüklüyünün  simvoluna çevrilmişdi. 2026-cı ilin iyununda Moskva səmasında gecə-gündüz dolaşan Ukrayna dronları məhz bu simvolu sınağa çəkir, amma əvvəlcə anlamaq lazımdır ki, sınanan şey dəqiq olaraq nədir.

1941-ci ilin oktyabr-dekabr aylarında Moskva uğrunda gedən döyüşlər Sovet ordusunun həqiqətən böyük strateji nailiyyəti idi — bunu inkar etmək tarixi təhrif olardı. Lakin qələbədən dərhal sonra Sovet dövləti bu hadisəni adi hərbi nəticə kimi qeyd etməklə kifayətlənmədi. 1944-cü ildə “Moskvanın müdafiəsinə görə” medalı təsis olundu, 1965-ci ildə şəhərə “Qəhrəman Şəhər” fəxri adı verildi, məktəb dərsliklərinə döyüşün epizodları daxil edildi. Hər ildönümdə təkrarlanan bu rituallar zaman keçdikcə döyüşün özündən daha çox onun simvolik təkrarına çevrildi.


Bu simvolik təkrarın ən parlaq  nümunəsi Panfilov diviziyasının iyirmi səkkiz əsgəri haqqındaki hekayədir. 1941-ci il noyabrında “Krasnaya Zvezda” qəzetinin müxbiri Vasili Koroteyev Dubosekovo kəndi yaxınlığında gedən döyüş haqqında qısa bir reportaj hazırlayır. Bir gün sonra həmin qəzetin başqa müxbiri Aleksandr Krivitski “İyirmi səkkiz həlak olmuş qəhrəmanın vəsiyyəti” adlı bir baş məqalə dərc etdirir  və məhz bu məqalə əfsanəni doğurur: guya cəmi 28 nəfər 54 alman tankına qarşı dayanmış, son nəfərinə qədər vuruşmuş və hamısı həlak olmuşdu. Hekayə sürətlə bütün ölkəyə yayıldı, iyirmi səkiz nəfərin hər birinə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi, Dubosekovoda on metrlik heykəllər qoyuldu, Moskvanın rəsmi himninə isə bu hadisəyə həsr olunmuş misralar əlavə edildi.


Əfsanənin arxasındaki həqiqət isə çox fərqli idi. 1948-ci ildə baş hərbi prokuror Nikolay Afanasyev gizli araşdırma keçirib nəticələrini birbaşa Stalinə və Jdanova təqdim etdi: hekayə, onun sözləri ilə, sadəcə “xəyal məhsulu” idi. Sənədlər göstərdi ki, “şəhid” elan olunan iyirmi səkkiz nəfərdən bir neçəsi əslində sağ qalmışdı, biri hətta alman əsirliyinə düşmüşdü və çoxları isə meydandan qaçmış, müxtəlif formada ölmüşdülər. Döyüşdə iştirak edən bölük hekayədə təsvir olunandan xeyli böyük idi, itki də fərqli idi. Bu araşdırma, Stalinin göstərişi ilə, dərhal məxfiləşdirildi və yetmiş ilə yaxın arxiv qovluqlarında qaldı, əfsanə isə rəsmi tarix kimi yaşamağa davam etdi.

Sənədlər 2015-ci ilin iyulunda gündəmə qayıtarıldı, üstəlik gözlənilməz bir adamın əli ilə: Rusiya Dövlət Arxivinin (GARF) rəhbəri Sergey Mironenko Afanasyevin 1948-ci il hesabatını  dərc etdi. Tarixçi Andrey Zubov bunu mifin nəhayət dağılacağına dəlil kimi qarşıladı, lakin reaksiya tam əksinə oldu. Mədəniyyət naziri Vladimir Medinski əfsanəyə toxunmağı qəbuledilməz elan etdi, onu “müqəddəs” bir şey kimi təqdim edərək şübhə doğuranları kobud sözlərlə damğaladı. Bir neçə ay sonra, 2016-cı il martında, Mironenko vəzifəsindən kənarlaşdırıldı  sənədin özü təkzib edilmədi, amma hekayəni açan adamı işdən qovdular. 

Bütün bunlar baş verərkən, paradoksal şəkildə, məhz həmin əfsanə haqqında böyük büdcəli bir film artıq çəkilirdi. “28 panfilovtsev” filmi Mədəniyyət Nazirliyinin və Qazaxıstan hökumətinin maliyyə dəstəyi ilə (otuz milyon rubldan artıq dövlət vəsaiti hesabına) istehsal olundu və 2016-cı il noyabrın 24-də geniş nümayişə çıxdı. Putin filmi Qazaxıstan prezidenti Nazarbayevlə birgə izlədi, dövlət televiziyası bunu xüsusi xəbər kimi yayımladı. Beləliklə, arxiv sənədləri əfsanəni rəsmən şübhə altına aldığı bir vaxtda, dövlət kino sənayesi məhz həmin əfsanəni yeni nəsil üçün bərpa etdi.


Tumarkinin araşdırmasına görə, bu cür mexanizm Sovet dövründən bəri dəyişməyib: İkinci Dünya Müharibəsi qəhrəmanlığı ətrafında qurulan kult, hadisənin tarixi dəqiqliyindən asılı olmayaraq, dövlətin özünütəsdiqi üçün zəruri bir ritual rolunu oynayır. Koposov isə bunun Putin dövründə hüquqi müstəviyə də keçdiyini göstərir — 2014-cü ildə qəbul edilən qanun “faşizmə qarşı qələbəni təhqir etməyi” cinayət elan etdi, beləliklə əfsanəyə kölgə salan hər hansı arxiv tapıntısı artıq sadəcə akademik mübahisə deyil, potensial hüquqi risk daşıyan bir məsələyə çevrildi.

İndi 2026-cı ilin iyununa qayıdaq. İyunun 18-də bir gecədə Moskva üzərində 180-dən artıq dron zərərsizləşdirildi, bir neçəsi isə şəhərin cənub-şərqindəki neft emalı zavoduna çatdı, qara tüstü göyə qalxdı, paytaxtın əsas hava limanı bir müddət uçuşları dayandırdı. Bu, illərdir təkrarlanan bir nümunənin sadəcə ən son, ən böyük epizodu idi. Burada diqqət çəkən şey hücumun özündən daha çox, onun simvolik təması ilə yuxarıda təsvir olunan əfsanə arasındaki gərginlikdir: Dubosekovoda 1941-ci ildə tərənnüm olunan şey paytaxtın torpağının xarici qoşun tərəfindən tapdalanmaması idi, indi isə həmin paytaxtın səması, üstəlik kütləvi şəkildə, gecə-gündüz xarici pilotsuz uçuş aparatlarının marşrutuna çevrilib. Rəsmi rəqəmlər bunu hər dəfə “dəf edilmiş hücum” kimi təqdim edir  və texniki mənada bu doğrudur, çünki əksər dronlar həqiqətən vurulur — lakin təkrarlanan miqyas özü, “heç kimin əli çatmaz” obrazına get-gedə daha ağır sual işarəsi qoyur.


Panfilov hekayəsi təklikdə deyildi, o, daha geniş bir kino-ədəbiyyat zəncirinin yalnız ən kəskin halqası idi. 1941-ci ilin iyununda yazılan “Müqəddəs müharibə” mahnısı dərhal radio dalğalarına yayılaraq müharibəni müqəddəs müdafiə kimi çərçivəyə saldı. Qırx il sonra, 1985-ci ildə, rejissor Yuri Ozerov “Moskva uğrunda döyüş” epik filmini çəkdi, Ozerovun özünün də iştirakçısı olduğu “Azadlıq” pentalogiyasının bir hissəsi kimi, bu film döyüşün taktiki təfərrüatlarını deyil, məhz qəhrəmanlıq miflərini geniş ekrana köçürdü.

Tumarkinin yazdığına görə, bu cür epik istehsallar Sovet İttifaqının son onilliklərində dövlətin ideoloji boşluğunu doldurmaq üçün xüsusilə əhəmiyyətli rol oynayırdı — müharibə qəhrəmanlığı, partiyanın gündəlik siyasətindən fərqli olaraq, az adamın açıq şəkildə şübhə edə biləcəyi bir milli konsensus mövzusuna çevrilmişdi (Tumarkin, 1994). 2016-cı il filmi, demək olar ki, bu ənənənin sadəcə ən son, ən sənədli şəkildə təkzib olunmuş həlqəsi idi.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər tədqiqatçı

XƏBƏR LENTİ
19 IYUN 2026
Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 Bütün Xəbərlər