Rusiya yoxa çıxır, nə edirsiniz?

Rusiya yoxa çıxır, nə edirsiniz?
19.06.2026 14:06

Rusiyanın tanınmış hərbi xadimi, istefada olan general-polkovnik Leonid İvaşov Ukraynaya qarşı aparılan müharibəni kəskin tənqid edib.

TodayPress TV xəbər verir ki, uzun illər Ümumrusiya Zabitlər Assambleyasına rəhbərlik etmiş İvaşov hazırkı müharibənin Rusiyanın elan etdiyi məqsədlərə çatmadığını bildirib.

General 1999-cu ildə Rusiya qoşunlarının Priştinaya yürüşünü uğurlu xüsusi əməliyyat kimi qiymətləndirərək, həmin əməliyyatın itki olmadan həyata keçirildiyini və ölkəyə beynəlxalq nüfuz qazandırdığını xatırladıb. Onun sözlərinə görə, Ukraynadakı müharibə isə böyük itkilərə baxmayaraq qarşıya qoyulan məqsədlərin heç birini reallaşdıra bilməyib.

İvaşov Rusiya rəhbərliyini sərt tənqid edərək ölkənin həm xarici siyasətdə, həm də daxili idarəçilikdə ciddi problemlərlə üzləşdiyini deyib. O, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədiyini, region ölkələrinin isə getdikcə Avropa İttifaqı və NATO ilə daha sıx əməkdaşlığa üstünlük verdiyini vurğulayıb.

General ölkədə fərqli fikirlərə qarşı təzyiqləri və "xarici agent" statusunun geniş tətbiqini də tənqid edib. O, Ukrayna pilotsuz uçuş aparatlarının hətta iri beynəlxalq tədbirlər zamanı belə Rusiya ərazisinə zərbələr endirə bilməsini təhlükəsizlik sahəsində ciddi uğursuzluq kimi qiymətləndirib.

İvaşovun sözlərinə görə, Rusiya nə əməliyyat-taktiki, nə də strateji səviyyədə mühüm uğur əldə edə bilib. O, sənaye, elm, təhsil, səhiyyə və iqtisadiyyatda dərin problemlərin mövcud olduğunu, qiymət artımı və həyat səviyyəsinin aşağı düşməsinin cəmiyyətdə narahatlıq yaratdığını bildirib.

General, həmçinin korrupsiya, demoqrafik geriləmə və ərzaq məhsullarının keyfiyyətinin pisləşməsini ölkənin əsas problemləri sırasında göstərib. Onun fikrincə, Rusiya beynəlxalq arenada getdikcə daha çox təcrid olunur və Çinin Moskvanın təqdim etdiyi qədər etibarlı müttəfiq olmadığı da görünür.

İvaşov nüvə silahından istifadənin mövcud problemləri həll etməyəcəyini, əksinə, bütün tərəflər üçün fəlakətli nəticələr doğuracağını qeyd edib.

Sonda o xəbərdarlıq edib ki, Ukrayna müharibəsində strateji məğlubiyyət Rusiyanın gələcəyi üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır 09:09 Partnyorla çox vaxt keçirmək istəyinin arxasında nə dayanır? 09:03 Tramp Kanada tariflərini 3 gün dayandırdı 08:57 DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI 08:39 Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır! 08:35 ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI 00:26 Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Bütün Xəbərlər