Hərbi xidmətlə bağlı ŞAD XƏBƏR: Əməkhaqqının 3 misli məbləğində...

Hərbi xidmətlə bağlı ŞAD XƏBƏR: Əməkhaqqının 3 misli məbləğində...
27.01.2026 17:31

"Beynəlxalq Əmək Təşkilatının 156 və 131 nömrəli konvensiyalarına, eləcə də beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda əmək qanunvericiliyi təkmilləşdirilib".

Bu barədə TodayPress TV-yə açıqlamasında əmək hüququ üzrə ekspert Etibar Qarayev məlumat verib.


"Yeniliklər Beynəlxalq Əmək Təşkilatının (BƏT) 156 və 131 nömrəli konvensiyalarının tələblərinə uyğun hazırlanıb və əmək münasibətlərinin müasir çağırışlara uyğunlaşdırılmasını hədəfləyir. BƏT-in 156 nömrəli Konvensiyasına əsasən Məcəllənin 3-cü maddəsinə “ailə vəzifələri olan işçi” anlayışı əlavə olunub. Eyni zamanda, 131 nömrəli Konvensiyaya uyğun olaraq minimum əməkhaqqı anlayışı yeni redaksiyada təsbit edilib. Yeni anlayışa əsasən minimum əməkhaqqı “yaşayış minimumu haqqında” qanuna uyğun olaraq ixtisassız əməyə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi müəyyənləşdirilib".

Vəkil əlavə edib ki, məcəlləyə “ezamiyyət” anlayışı da əlavə olunub. Yeni redaksiyaya əsasən, işəgötürən işçini xidməti zərurətlə ezamiyyətə göndərə bilər və bu zaman işçinin razılığı tələb olunmur:

"Həmçinin “məsafədən iş” (distant iş) anlayışı hüquqi baxımdan tənzimlənib və bu formada çalışan şəxslərin əmək hüquqları daha aydın şəkildə müəyyən edilib. Dəyişikliklər dövlət büdcəsi hesabına maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ilə bağlı məsələləri də əhatə edir. Bu məqsədlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yeni redaksiyada verilib".

Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə uzun müddət paralel işlədilən “əmək müqaviləsinin ləğv olunması” ifadəsi çıxarılaraq yalnız “əmək müqaviləsinə xitam verilməsi” anlayışı saxlanılıb:

"Bundan əlavə, fiziki şəxs işəgötürənlərin fəaliyyətini dayandırması hallarında yaranan hüquqi uyğunsuzluq aradan qaldırılıb və müvafiq əsas dəqiqləşdirilib. Məcəllədə “müəssisə” anlayışı da genişləndirilib, dövlət və bələdiyyə orqanlarının bu anlayışa daxil olduğu təsbit olunub". 

Ekspert vurğulayıb ki, dəyişikliklər hərbi xidmətlə bağlı qanunvericiliklə Əmək Məcəlləsi arasındakı ziddiyyəti də aradan qaldırır:

"Belə ki, hərbi xidmətə çağırılma ilə əlaqədar əmək müqaviləsinə xitam verilən şəxslərə ödənilən kompensasiya aylıq orta əməkhaqqının 3 misli məbləğində müəyyən edilib. Məzuniyyət hüquqları ilə bağlı yeniliklərə gəlincə, artıq işçilərə ödənilən məzuniyyət haqqı onların sonuncu əməkhaqqından az ola bilməz. Eyni zamanda, 46 gün əmək məzuniyyəti hüququ olan şəxslərin siyahısı genişləndirilib və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilər də bu kateqoriyaya daxil edilib".

E.Qarayev qeyd edib ki, əmək məzuniyyəti dövrünə təsadüf edən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü artıq məzuniyyət günləri hesab edilmir, həmin günlərin sayı qədər məzuniyyət müddəti uzadılır. Qurban və Ramazan bayramlarının digər qeyri-iş günləri ilə üst-üstə düşməsi halları da ayrıca tənzimlənib. Ümumilikdə bu dəyişikliklər əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, işçi hüquqlarının daha effektiv qorunmasına və əmək münasibətlərində çevik hüquqi mexanizmlərin formalaşdırılmasına xidmət edir".

Qeyd edək ki, Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib. Bunlar beynəlxalq əmək standartlarına uyğunlaşdırma, müasir əmək münasibətlərinin tənzimlənməsi və işçilərin sosial və hüquqi müdafiəsinin gücləndirilməsidir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Все новости