Gürcüstandan gələn ətə stop qoyuldu - Qurban bayramı öncəsi qiymətlər qalxacaq?

Gürcüstandan gələn ətə stop qoyuldu - Qurban bayramı öncəsi qiymətlər qalxacaq?
15.05.2026 10:12

Azərbaycana Gürcüstandan gətirilən 134 baş iribuynuzlu heyvan zoonoz xəstəlik şübhəsi səbəbindən geri qaytarılıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zoonoz xəstəlik şübhəsi olan iribuynuzlu heyvanların Gürcüstandan ölkəyə idxalının qarşısını alıb.

Bəs zoonoz xəstəliklər insanlar üçün hansı riskləri yaradır? Bu cür hallar ət bazarında qıtlıq və ya qiymət artımına səbəb ola bilərmi?

Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov TodayPress TV-yə bildirib ki, AQTA-nın atdığı addım insanların sağlamlığının qorunması baxımından olduqca vacibdir:


"Gürcüstandan gətirilən 134 baş heyvanın geri qaytarılması ölkəmizdə insanların və qida təhlükəsizliyinin qorunması üçün atılmış ən müsbət addımlardan biridir. Çünki heyvandan insana keçə bilən xəstəliklər mövcuddur. Bu risk daha çox fermer təsərrüfatında çalışanlarda, qəssablarda, aşpazlarda, kabab və dönər hazırlayan şəxslərdə müşahidə oluna bilər".

Ekspert əlavə edib ki, zoonoz xəstəliklər sırasında qarayara, brusellyoz, vərəm və müxtəlif dəri xəstəlikləri yer alır:

"Bu xəstəliklərin insanlara keçməsinin qarşısını almaq üçün belə addımlar vacibdir. Bir və ya bir neçə partiya heyvanın geri qaytarılması isə ölkədə ət qıtlığı yarada bilməz. Azərbaycan daxilində kifayət qədər heyvandarlıq və kökəltmə təsərrüfatları fəaliyyət göstərir. Qurban bayramı ərəfəsində də ölkədə yetərli sayda iribuynuzlu və xırdabuynuzlu heyvan var. Bundan başqa, idxal üçün alternativ kanallar da mövcuddur. Ona görə də insanların narahat olmasına əsas yoxdur".

Onun sözlərinə görə, ətin qiymətinə təsir edən əsas faktor heyvan çatışmazlığı deyil:

"Ətin qiymətini artıran əsas səbəb vasitəçilərdir. Fermer təsərrüfatında 2000 manata satılan heyvan bazara çıxarılanda 2500 manata təklif olunur. Problem fermerlə satış məntəqələri arasında birbaşa əlaqənin olmamasıdır. Əgər bu əlaqə qurulsa, qiymətlərdə də ciddi problem yaranmaz".

İlkin Şirinov vurğulayıb ki ki, Azərbaycanda heyvandarlığın inkişafı üçün kifayət qədər imkan və resurs mövcuddur:

"Bu gün ölkədə yetərli sayda heyvan təsərrüfatları və otlaq sahələri var. Bəzən otlaqların çatışmazlığı və ya heyvandarlıqla məşğul olan insanların çətinlikləri ilə bağlı fikirlər səsləndirilir. Halbuki elə ölkələr var ki, ərazisi və otlaq sahələri Azərbaycandan daha kiçikdir, amma onlar ət təsərrüfatında heç bir problem yaşamırlar. Bunun əsas səbəbi insanların təsərrüfata marağı və bu sahədən gəlir əldə etməsidir. Təsərrüfata düzgün yanaşan və bu işlə ciddi məşğul olan insanların nə maliyyə, nə də təsərrüfat baxımından ciddi problemləri olur", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Все новости