Braziliya Azərbaycan barədə xüsusi reportaj yayımladı

Braziliya Azərbaycan barədə xüsusi reportaj yayımladı
24.05.2025 21:45

COP-29 ərəfəsində Azərbaycana səfər etmiş Braziliyanın məşhur “O Globo” xəbər agentliyinin müxbirlərinin ölkəmizə həsr olunmuş 2 hissədən ibarət xüsusu reportajı 16 və 23 may tarixlərində geniş yerli auditoriya üçün ən prestijli səhayət verilişi olan “Globo Repórter”in növbəti seriyası kimi yayımlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi məlumat yayıb.

Reportaj o qədər həcmli və maraqlı olub ki, onu iki verilişdə verilməsi qərara alınıb. Bir neçə Avropa və Asiya ölkələri barədə reportajlar bir verilişdə yayımlanıb. İki proqramda “TV Globo”nun Londondakı müxbiri, Murilo Salviano qeyd edib ki, “Kökü odda olan, Avropa ilə Asiyanı birləşdirən, sərvət və sirlərlə dolu bir diyar - Azərbaycan”ın paytaxtı Bakı, habelə Şəki, Gəncə, Basqal şəhər və qəsəbələrə səyahət edib və xalqımızın adət-ənənələrini, mədəniyyətini, müasirliyini, tolerantlığını, inkişafını və zəngin ləzzətlərini ortaya qoyub.

Xüsusi reportajda müxbir YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhər, həmçinin Qobustan və Şahdağ milli parkları, Şəki Xan Sarayı, o cümlədən palçıq vulkanı, muğam sənəti, baramaçılıq və ipəyin əldə edilməsi, kəlağayı hazırlanması və milli mətbəximizin ləziz təamları barədə izləyicilərə ətraflı məlumat verib.

Veriliş Braziliya ictimaiyyətində geniş marağa səbəb olub, reportaj bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, 50 yaşı (irsi) olan veriliş Braziliyada ən çox izlənilən proqramdır. Həftənin sonunda efirə verilən veriliş faktiki olan minlərlə ailəni ekran başına yığır, braziliyalıların xaricə turistik istiqamətləri seçməsində yardımçı olur və onları səyahətə sövq edir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər