FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi

FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
24.05.2025 10:26 Cəmiyyət

Azərbaycan Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında qəbul olunmuş qərarın icrası məqsədi ilə 19-23 may tarixlərində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Noqinsk Xilasetmə Mərkəzinin poliqonunda MDB ölkələrinin təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi keçirilib.

"Genişmiqyaslı dağıntı ilə müşayiət olunan zəlzələnin nəticələrinin aradan qaldırılması" mövzusunda keçirilən birgə təlimdə Azərbaycan Respublikasını Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi təmsil edib.

Təlimə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 30 nəfərdən ibarət şəxsi heyəti və 5 ədəd texnikası cəlb edilib.

Təlim zamanı qüvvə və vasitələrin operativ olaraq fövqəladə hadisə rayonuna cəlb edilməsi, bölmələrin yerləşməsi üçün çadır düşərgəsinin qurulması, koordinasiya mərkəzinin açılması və qarşılıqlı fəaliyyətin təşkili, təyin olunmuş iş sahələrində axtarış-xilasetmə əməliyyatları zamanı fəaliyyətin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə kəşfiyyat tədbirlərinin icrası və uçma təhlükəsi olan tikililərin möhkəmləndirilməsi, hündürlükdə və dağıntılar altında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqlar Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin qüvvə və vasitələri cəlb olunmaqla uğurla icra edilib.

Təlim zamanı, həmçinin pilotsuz uçuş aparatları tətbiq olunmaqla ərazidə yaranmış vəziyyətin qiymətləndirilməsi, müasir idarəetmə və rabitə vasitələrinin tətbiqi ilə yanaşı, şəxsi heyətin həyat və sağlamlığının qorunması üzrə məsələlər də diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda, sadələşdirilmiş sərhədkeçmə və gömrük prosedurlarının icrası da təlim zamanı əsas fəaliyyət istiqamətlərindən olub.

Təlim çərçivəsində iştirakçılar Noqinsk xilasetmə mərkəzinin imkanları, fəaliyyət istiqamətləri və maddi-texniki bazası ilə də tanış olublar.

Bununla yanaşı, “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tapşırıqların icrası məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi”, “Axtarış-xilasetmə əməliyyatları zamanı psixoloji təminatın təşkili” “Fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatları zamanı rabitənin təşkili”, “Dalğıc işlərinin həyata keçirilməsi” və “Kinoloji bölmələrin fəaliyyətinin təşkili” mövzularında seminarlar təşkil edilib.

Sonda təlim üzrə fəaliyyətin təhlili aparılıb, həmçinin Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən təlimdə xüsusi fərqlənən əməkdaşlara mükafatlar təqdim edilib.

FOTOLAR

FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 1
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 2
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 3
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 4
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 5
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 6
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 7
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 8
FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Bütün Xəbərlər