Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir?

Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir?
02.06.2026 15:19 Cəmiyyət

Azərbaycan şairi Nizami Gəncəvinin Gürcüstandakı abidəsi pis vəziyyətə salınıb.

TodayPress TV xəbər verir ki, bu barədə azərbaycanlı siyasətçi Aqil Səmədbəyli görüntülər yayıb.

O,Gürcüstanın Marneuli rayonunda yerləşən dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü ilə bağlı narahatlığını ifadə edib.

Görüntülərdə görünür ki, büstün gözləri qırmızı rəngə boyanıb:

"Gürcüstanın Marneuli rayonunda, Nəriman Nərimanov küçəsi ilə Nizami Gəncəvi küçəsinin kəsişməsində dahi şairimiz Nizami Gəncəvinin büstünə qarşı sayğısızlıq edilib. Ümid edirəm ki, bizim ilgili şəxslər gərəkli tədbir görəcəklər".

Siyasətçi daha sonra məsələ ilə bağlı vəziyyətin dəyişdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəlki paylaşımından sonra büstün ətrafında müəyyən işlər görülüb. Belə ki, onun üstünə örtük örtülüb.

Qeyd edək ki, Marneulidə yerləşən Nizami Gəncəvi büstü bölgədəki Azərbaycan mədəni irsinin rəmzlərindən biri hesab olunur və onun vəziyyəti ictimaiyyət tərəfindən həssaslıqla izlənilir.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin məlumatına görə, hadisəni törədən şəxs etnik azərbaycanlıdır və psixi problemləri, həmçinin alkoqol asılılığı ilə tanınır.

Yəni insidentin planlaşdırılmış siyasi və ya etnik təxribat xarakteri daşıdığına dair əlamətlər yoxdur. 

Hazırda Gürcüstan Polisi tərəfindən araşdırma aparılır və hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.

Bu cür xoşagəlməz hadisələr təəssüf doğursa da, onlar Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərini əks etdirmir. 

Xatırladaq ki, oxşar fərdi hadisələr keçmiş illərdə də qeydə alınıb. Belə ki, naməlum şəxslər abidənin alt hissəsinə təhqiramiz ifadələr yazıblar. Bu səbəbdən vandalizm aktına etiraz olaraq aksiya keçirilib. Nümayişə Gürcüstanın müxtəlif bölgələrindən olan ziyalılar və ictimaiyyət nümayəndələri də qoşulublar.

Bütün bunlara baxmayaraq, Azərbaycanla Gürcüstan arasında ümumilikdə normal və strateji əməkdaşlıq münasibətləri davam edir. İki ölkə qonşu və strateji tərəfdaşdır. Hətta mayın 26-dan etibarən ölkərarası sərnişin qatarı fəaliyyətə başlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər