Əziz Ələkbərli: “Xocalı soyqırımı unudulmayacaq”

Əziz Ələkbərli: “Xocalı soyqırımı unudulmayacaq”
26.02.2026 12:52

“Xocalı soyqırımı tariximizin ən ağrılı, ən qanlı səhifələrindən biridir və bu faciə heç zaman unudulmayacaq”.

TodayPress TV xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli Xocalı faciəsinin 34-cü ildönümündə “Ana harayı” abidəsini ziyarət edərkən deyib.

Əziz Ələkbərli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri öz vəhşiliklərini bir daha nümayiş etdirdi və Xocalının 613 nəfər dinc sakini vəhşicəsinə qətlə yetirildi:

“Bu faciə unudulmayacaq. Şükür ki, 5 il öncə — 2020-ci ildə torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qəhrəmanlarımızın şücaəti nəticəsində Xocalının qisasını aldıq, amma məsələ bununla bitmir. Erməni separatizmini, revanşizmini və digər əməllərini dəstəkləyən bəzi beynəlxalq qüvvələr bu gün də öz ikili standartlarından əl çəkmirlər.

Ona görə də bizim üzərimizə düşən əsas məsələ millətimizin birliyini qorumaq, tarixi yaddan çıxarmamaq və onun dərslərindən nəticə çıxarmaqdır. Tarixin dərsləri indiki nəsil üçün də, gələcək nəsillər üçün də önəmlidir”.

Deputat hazırda işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri aparıldığını bildirib:

“Xocalı abadlaşır, Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz yenidən qurulur, məcburi köçkünlərimiz uzun həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. İnşallah, qaçqınlarımız da öz ata-baba yurdlarına qayıdacaqlar”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 Все новости