Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı

Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı
17.07.2026 15:21

Azərbaycanda geniş müzakirə olunan məsələlərdən biri də ölkənin turizm marşrutları arasında birbaşa yol əlaqələrinin məhdud olmasıdır. Belə ki, xarici turistlərdən biri Şahdağ Turizm Mərkəzindən Qəbələyə getmək istəyərkən xəritədə məsafənin yaxın görünməsinə baxmayaraq, mövcud yol şəbəkəsinə görə xeyli geri qayıtmalı olduğunu paylaşaraq buna təəccübünü ifadə edib. Bu hal regionlar arasında alternativ yol bağlantılarının yaradılması məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Quba, Şamaxı və Qəbələ istiqamətlərini daha qısa marşrutlarla birləşdirəcək yollar uzun illərdir müzakirə olunur və bu istiqamətdə artıq müəyyən işlər görülüb.


"Bu mövzu vaxtaşırı gündəmə gəlir. Xüsusilə 2019-cu ildə Quba–Qonaqkənd yolu yenidən qurulduqdan sonra məsələ daha da aktuallaşdı. Hazırda həmin marşrut üzrə Qonaqkənd–Qızmeydan–Şamaxı hissəsinin tamamlanmasına ehtiyac var ki, əlaqə tam təmin olunsun".

Mütəxəssis qeyd edib ki, Şahdağdan Qəbələyə Böyük Qafqaz dağlarının altından birbaşa yol çəkilməsi texniki baxımdan mümkün olsa da, iqtisadi cəhətdən səmərəli hesab edilmir:

"Böyük Qafqazın altından uzun tunellərlə birbaşa yolun çəkilməsi həm texniki, həm də maliyyə baxımından olduqca mürəkkəb layihədir. Belə layihələr böyük həcmdə investisiya tələb edir və iqtisadi baxımdan özünü doğrultmaya bilər. Daha real və səmərəli variant Qonaqkəndlə Şamaxının birləşdirilməsidir. Yolun bir hissəsi artıq Qonaqkəndə qədər mövcuddur. Buradan Şamaxıya, daha sonra isə İsmayıllı, Basqal, Dəmirçi və Altıağac istiqamətlərinə rahat çıxış yaratmaq mümkündür. Bunun üçün uzun tunellərə ehtiyac yoxdur. Ayrı-ayrı hissələrdə qısa tunellər və körpülər tikilməklə layihəni həyata keçirmək olar".


Ekspert vurğulayıb ki, həmin istiqamətdə hazırda yolsuzluq avtomobillərinin istifadə etdiyi qrunt yol mövcuddur:

"Səhv etmirəmsə, həmin ərazidə yolsuzluq avtomobillərinin istifadə etdiyi qrunt yol var. Bir çox sürücü bu marşrutdan istifadə edərək bunun mümkün olduğunu göstərib. Lakin müasir standartlara cavab verən avtomobil yolunun inşasına ehtiyac var. Belə bir layihə təkcə turizmin inkişafına deyil, həm də ölkənin nəqliyyat sisteminin güclənməsinə xidmət edər. Bu marşrut Şimal–Cənub nəqliyyat dəhlizi üçün alternativ rolunu da oynaya bilər. Beləliklə, şimal bölgəsindən qərb istiqamətinə və əksinə hərəkət edən nəqliyyat vasitələri Bakıya daxil olmadan hərəkət edə bilər. Bu isə həm vaxt itkisini azaldar, həm də yeni turizm marşrutlarının formalaşmasına ciddi töhfə verər".


O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən iri yol layihələrinin böyük hissəsi artıq yekunlaşmaq üzrədir. Onun fikrincə, növbəti mərhələdə diqqət ölkənin digər bölgələrində alternativ yol şəbəkəsinin genişləndirilməsinə yönəldilməlidir:

"Söhbət yalnız Quba, Şamaxı və İsmayıllı arasında qısa yol əlaqələrinin yaradılmasından getmir. Gələcəkdə Samuxdan Mingəçevir su anbarının şimal hissəsi vasitəsilə Qax istiqamətinə çıxışı təmin edəcək yollar da nəzərdən keçirilə bilər. Eyni zamanda, Bakı ətrafında alternativ yol layihələrinin inkişafı paytaxtda nəqliyyat sıxlığının azalmasına kömək edər. Bakıya daxil olmadan hərəkəti təmin edən yolların sayı artırılmalıdır. Məsələn, Tağıyev sahil yolunun dördzolaqlı şəkildə yenidən qurulması paytaxta daxil olan nəqliyyat axınını əhəmiyyətli dərəcədə azalda bilər. Hesab edirəm ki, bu cür layihələrin həyata keçirilməsinin vaxtı artıq çatıb".

Ekspert əlavə edib ki, son illərdə irəli sürdüyü bir sıra təkliflər artıq dövlət proqramlarına daxil edilərək icra olunur:

"Son altı-yeddi il ərzində bu istiqamətdə mütəmadi təkliflərlə çıxış etmişəm. Son təqdim etdiyim layihələrin böyük hissəsi artıq icra mərhələsindədir. Bunlara 'Monolit' qovşağının Babək prospekti ilə əlaqələndirilməsi, Xəlil Rza Ulutürk küçəsinin Volodarski küçəsi və Keşlə bazarı istiqamətinə birləşdirilməsi daxildir. Regionlarla bağlı irəli sürdüyüm Quba–Şamaxı–Qəbələ marşrutu və digər alternativ yol layihələri də gələcəkdə nəzərdən keçirilə bilər".

Rauf Ağamirzəyev hesab edir ki, alternativ yolların sayının artması ölkəyə həm iqtisadi, həm də sosial baxımdan mühüm üstünlüklər qazandıracaq.

"Alternativ yollar nə qədər çox olarsa, ölkə üçün bir o qədər faydalı olar. Belə marşrutlar riskləri azaldır, regionlararası inteqrasiyanı sürətləndirir, iqtisadi və sosial əlaqələrin inkişafına təkan verir. Hesab edirəm ki, geniş iqtisadi təhlillər aparılaraq ən səmərəli layihələr mərhələli şəkildə həyata keçirilə bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июля 2026
"Bavariya" Maykl Olisenin müqaviləsinin müddətini uzatmaq istəyir 17:36 FSB -Metrodan Kremlə qədər uzanan dünyanın ən güclü kəşfiyyat xidmətlərindən biri 17:19 İsrail HƏMAS-ın əsas adamını aradan götürdü 17:19 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlandı 16:50 Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi 16:40 Азербайджан призывает к мирному урегулированию российско-украинского конфликта 16:19 Иран перенес войну в Сирию: бомбит, чтобы открыть путь для «Хезболлы» 16:17 Сын перерезал горло жене Ниязи и продал вещи знаменитого дирижера ради наркотиков — ПОДРОБНОСТИ 16:10 XİN rəhbəri: Azərbaycan Ermənistan arasında de-fakto sülh mövcuddur 16:08 Britaniyanın yeni baş naziri kim olacaq? AÇIQLANDI - FOTO 16:02 XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 15:50 Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir 15:25 Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı 15:21 "Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi 15:11 Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi 15:12 Рейтинг Путина тает на глазах 15:07 Турист посмотрел на карту, чтобы добраться из Шахдага в Габалу, и был шокирован. 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Где „погибла“ Германия — Сталинградская битва 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Все новости