700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir

700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir
24.06.2026 22:45

İyunun 7-si keçirilən qəbul imtahanlarının nəticəsi açıqlanıb. Birinci ixtisas qrupunda 700 balı  Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi Məcidli Burlaxatun toplayıb. 

TodayPress TV xəbər verir ki, lent.az-ın əməkdaşı Burlaxatunla həmsöhbət olub.

Burlaxatun deyib ki, o, Azərbaycan Diplomatik Akademiyasında (ADA) memarlıq ixtisası üzrə təhsil alacaq:

“700 bal toplamaq çox qürurverici hisdir. Sizə bunu sözlə ifadə edə bilmərəm. Gələcəkdə tanınmış işinin, peşəsinin vurğunu bir memar olmaq istəyirəm, bu mənim uşaqlıq arzumdur. Universitetə hazırlaşdığım dövrdə telefon istifadə etmişəm, lakin sual versəniz ki, necə oldu ki, o mənim oxumağıma təsir etmədi? Deyərdim ki, mən telefon işlətsəm də, dərslərimi axsatmadım. Telefon o halda abituriyentə zərər vurur ki, o, boş məqsədlər üçün istifadə edilsin. Halbuki istirahət zamanı və elmi məlumatlar axtararkən telefonla məşğul olmağın heç bir zərəri yoxdur”.

O qeyd edib ki, 700 bal toplamaq şans yox bacarıq tələb edir:

“Məqsədimə çatmaq üçün əzmlə çalışmaq uğurumun başlıca səbəbidir. Əzmlə çalışanlar hər bir çətinliyin öhdəsindən gələ bilərlər. Mən dördüncü sinifdən doqquzuncu sinfə qədər riyaziyyat, yeddinci sinifdən Azərbaycan və ingilis dili, doqquzuncu sinifdən isə fizika və kimya fənlərindən hazırlığa getmişəm”. 

Qeyd edək ki, Burlaxatunla birlikdə əkiz bacısı Banu Məcidli də yüksək nəticə əldə edib.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi 23:57 Şotlandiya Braziliya matçı ləngiyə bilər - SƏBƏB 23:02 İsrail bu sövdələşməni pozmur - Rubio 22:37 Danimarkadan Ukraynaya dəstək: 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək 22:59 ABŞ ləğv edilən idxal rüsumlarını tam bərpa edir - Bessent elan etdi 22:31 Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı 21:41 Danimarka Ukrayna üçün 15 min əlavə uzaqmənzilli sursat ayırdı 22:27 "Sabah" Avstriyada ilk yoxlama matçını keçirdi 22:47 700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir 22:25 BMT Livandakı son vəziyyəti açıqladı 22:23 İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO 22:23 İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu 21:28 ABŞ Türkiyəyə reaktiv mühərriklərin satışını təsdiqləyir? 21:58 Gürcüstanla bağlı qətnamə qəbul EDİLDİ 21:09 İran ciddi güzəştlərə gedir - Tramp 21:41 ABŞ-də güclü zəlzələ BAŞ VERDİ 20:58 Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər 21:11 Qəbul imtahanından neçə nəfər xaric olunub? 20:51 ABŞ və İranın texniki qrupları bu tarixdə yenidən bir araya gəlir 20:50 İmtahanda bir abituriyent 700 bal topladı - FOTO 20:37 Katz: "ABŞ bizdən ordunu Livandan çıxarmağı tələb etmir" 20:31 ABŞ beynəlxalq su yollarının ödənişli olmasına qarşı çıxır 20:26 I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticəsi elan oludu 20:20 Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşdü 19:54 Fələstin Səhiyyə Nazirliyi növbəti ölüm faktını açıqladı 19:08 Bütün Xəbərlər